“Azərbaycan regionda Kosta-Rika üçün müttəfiq ölkədir”
Tarix: 21.10.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Azərbaycan regionda Kosta-Rika üçün müttəfiq ölkədir”. Bu fikri Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz dünən xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir son illər Azərbaycanda gedən inkişaf proseslərinin təqdirəlayiq olduğunu bildirib.
O, Azərbaycanın əldə etdiyi nailiyyətlərin digər ölkələr üçün nümunə olduğunu deyib. Kosta-Rikanın Azərbaycanla humanitar, iqtisadi və turizm sahələrində əməkdaşlıqda maraqlı olduğunu qeyd edən Manuel Qonzales Sanz tələbə mübadiləsinin həyata keçirilməsinin əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulayıb. Nazir Kosta-Rikanın BMT və digər beynəlxalq qurumlar çərçivəsində atılan sülhməramlı addımları dəstəklədiyini söyləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasının zəruriliyini bildirib. Kosta-Rikanın ordudan imtina etdiyini deyən M.Q.Sanz ölkəsinin beynəlxalq məsələlərin həllində yalnız beynəlxalq hüququn aliliyinə güvəndiyini diqqətə çatdırıb. Azərbaycanın Cənubi və Mərkəzi Amerika regionu ölkələri ilə münasibətlərə böyük önəm verdiyini deyən Elmar Məmmədyarov görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində atılacaq addımları müzakirə etdiklərini söyləyib. O əlavə edib ki, söhbət zamanı Latın Amerikası ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Həmçinin qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların hazırkı durumu, qaçqın və məcburi köçkünlər haqqında məlumat verilib. E.Məmmədyarov Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi mexanizminə uyğun olaraq, siyasi dialoqun gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. Azərbaycan xarici siyasət idarəsinin rəhbəri görüşdə qarşılıqlı investisiyaların yatırılması məsələsinin də diqqət mərkəzində olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info