Şəkidə yaşı səksəni ötən 781 seçici qeydə alınıb
Tarix: 21.10.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə 113 saylı Şəki şəhər seçki dairəsinin məntəqə seçki komissiyalarında da ciddi hazırlıq işləri görülür. Dairə Seçki Komissiyasının sədri Rəhman Qədirzadə bildirib ki, dairənin tərkibində olan 29 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 37 nəfərdir.
Seçicilərin 781 nəfəri 80-100 yaş arasındadır. Onların 17 min 861 nəfəri kişi, 19 min 176-sı isə qadındır. Bu dairə üzrə ən yaşlı seçici - 96 yaşlı Zərifə Salahova 7 saylı seçki məntəqəsində səs verəcək. İlk dəfə səs verəcək seçicilərin sayı isə 411 nəfərdir. Namizədlərə təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün dairənin əhatə etdiyi ərazidə açıq və qapalı görüş yerləri ayrılıb. Dairənin tərkibinə daxil olan 8 saylı seçki məntəqəsi Şəki Tibb Kollecinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Zahid Məmmədovun bildirdiyinə görə, 1017 seçicinin qeydə alındığı bu məntəqədə 18 nəfər gənc ilk dəfə səs verəcək. 90 yaşı bu il tamam olan Afərdə Əmrahova və Südabə Kərimova əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də hamıya nümunə göstərərək özləri seçki məntəqələrinə gəlib seçimlərini edəcəklərini bildiriblər. Komissiya sədrinin sözlərinə görə, hazırda seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlərin paylanmasına başlanılıb. Dairənin 21 saylı seçki məntəqəsi Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binasında yerləşir. Bu məntəqədə də səsvermə gününə hazırlıq işləri əsasən başa çatıb. Dəqiqləşdirilmiş son seçici siyahısına görə, məntəqədə 1211 seçici qeydə alınıb. 92 yaşlı Firuzə Əlizadə səsvermə prosesində şəxsən iştirak etməyi düşünür.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info