Dövlət sirri təşkil edən məlumatlarla işləmə qaydasında dəyişiklik
Tarix: 21.10.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


“Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarında dəyişikliklər edilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliyə əsasən, Qaydanın adında və 1-ci hissəsində “Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri “Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilir və “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılır.
Dəyişikliyə əsasən, 2.4.3-cü maddənin altıncı abzas aşağıdakı redaksiyada verilir: “Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.”
2.13.1-ci maddənin birinci abzasda və “ç)” yarımbəndinin ikinci cümləsində “yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə, “a)” yarımbəndinin ikinci cümləsində “orqanın” sözü “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizDövlət sirri təşkil edən məlumatlarla işləmə qaydasında dəyişiklik “Vəzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarında dəyişikliklər edilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, dəyişikliyə əsasən, Qaydanın adında və 1-ci hissəsində “Vəzifəli şəxsin və ya vətəndaşın” sözləri “Vəzifəli şəxslərin və vətəndaşların” sözləri ilə əvəz edilir və “və işləməyə buraxılmasının yenidən rəsmiləşdirilməsi” sözləri çıxarılır.
Dəyişikliyə əsasən, 2.4.3-cü maddənin altıncı abzas aşağıdakı redaksiyada verilir: “Vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir.”
2.13.1-ci maddənin birinci abzasda və “ç)” yarımbəndinin ikinci cümləsində “yoxlama tədbirlərini keçirən müvafiq orqana” sözləri “təhlükəsizlik orqanına (prokurorluq orqanlarında Azərbaycan Respublikasının Baş Prokurorluğuna, daxili işlər orqanlarında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə)” sözləri ilə, “a)” yarımbəndinin ikinci cümləsində “orqanın” sözü “təhlükəsizlik orqanının (prokurorluq orqanlarında Azərbaycan Respublikası Baş Prokurorluğunun, daxili işlər orqanlarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı, həmçinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin)” sözləri ilə əvəz edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info