Azərbaycan biznesi və elmi Arktikaya çıxır
Tarix: 21.10.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu və SİNAM şirkəti beynəlxalq sazişlərə əsasən Rusiya, ABŞ, Norveç, Danimarka və Kanada arasında bölünmüş Arktikada müxtəlif layihələrin həyata keçirilməsi təklifləri ilə çıxış ediblər. Sözügedən təklif Sankt Peterburqda keçirilmiş “Arktika: inkişaf və dialoq vektoru” adlı üçüncü illik beynəlxalq seminarda səsləndirilib.
Tədbirdə 60-dan çox iştirakçı olub: mütəxəssislər, ictimai fikir liderləri, Azərbaycanın, Almaniyanın, Norveçin nümayəndələri, Saxa Respublikasının (Yakutiya), Nenets Muxtar Dairəsinin, Yamalo-Nenets Muxtar Dairəsinin və Murmansk vilayətinin Sankt Peterburq şəhərindəki nümayəndəliklərinin əməkdaşları, Rusiya Elmlər Akademiyası (REA) Sankt Peterburq Elmi Mərkəzinin, Arktika və Antarktika Elmi Tədqiqat İnstitutunun alimləri, ali təhsil ocaqlarının müəllimləri və tələbələri, KİV nümayəndələri.
“Yakutiya seysmoproqnozu” layihəsi üzrə REA-nın Sankt Peterburq Elmi Mərkəzinin hidrofizikanın fundamental və tətbiqi problemləri şurasının geniş bürosunun həlli burada bir informasiya hadisəsi olub. Həllin müəllifləri Arktika Elmlər Akademiyası, AMEA İdarəetmə Sistemləri İnstitutu və SİNAM şirkəti olub. Layihəni AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri namizədi Tahir Əlizadə təqdim edib.
Layihənin praktiki icrası ilə SİNAM şirkəti məşğul olacaq. Bundan əlavə, seminar zamanı SİNAM şirkəti ağır iqlim şəraitli həmin ərazilərin inkişafını yüksək texnologiyalar vasitəsilə həyata keçirməyi təklif edib. Tədbir zamanı şirkət özünün geo-informasiya sistemləri sahəsindəki işləmələri əsasında hazırlanmış həllər dəstini təqdim edib. SİNAM şirkəti Arktika zonasına daxil olan ölkələrdə avtomatlaşdırılmış monitorinq sistemini, şəhər ünvanlarının informasiya idarəetmə sistemini, şəhər avtonəqliyyatının informasiya idarəetmə sistemlərini tətbiq etmək, elektron xəritə və naviqasiyanı yaratmaq təklifini irəli sürüb.
Onu da qeyd etmək lazımdır ki, Arktika şimal qütbünə birləşən və Avrasiya və Şimali Amerika materiklərinin hissələrini əhatə edən Yer kürəsinin vahid fiziki-coğrafi ərazisidir. Bəzi məlumatlara görə Arktikanın ərazisi 21 milyon kv.km. təşkil edir. Bəzi proqnozlara görə Arktikada 90 milyard barel neft var. Arktikanın öyrənilməsi həmin ərazilərə cavabdeh ölkələrin prioritetlərindən hesab edilir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info