101 yaşlı xaçmazlı seçici
Tarix: 21.10.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


O, doğulanda Şərqdə qadının səs vermək hüququ yox idi. İlk dəfə Azərbaycan qadınlarının səs vermək hüququ əldə etdiyi Xalq Cümhuriyyəti dövründə isə cəmi 4-5 yaşı vardı. Söhbət noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Xaçmaz rayonundan qeydə alınan ən yaşlı seçici Bibixanım Məmmədovadan gedir.
Ömrünün 101-ci payızını yaşayan Bibixanım Məmmədova 1914-cü ildə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində doğulub. İkinci Dünya müharibəsi illərində arxa cəbhədə iştirakına görə medallarla təltif olunan Bibixanım Məmmədova həm də “Qəhrəman ana”dır. Onun 8 övladı, 18 nəvəsi və 10 nəticəsi var.
Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Bibixanım Məmmədovanın indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilib.
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Bibixanım Məmmədova 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 27 saylı məntəqəsində səs verəcək. O, bu dairə üzrə yaşı 100-dən keçən yeganə seçicidir. Dairə üzrə yaşı 90-dan çox olan seçicilərin sayı 47, yaşı 80-dən yuxarı olan seçicilərin sayı isə 554 nəfərdir.
Ümumilikdə isə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə 43 min 743 nəfər seçici qeydiyyatdadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info