Naxçıvanda seçkilərin şəffaf keçirilməsi üçün hərtərəfli şərait yaradılıb
Tarix: 21.10.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Seçkilərin yüksək səviyyədə təşkili üçün Naxçıvan Muxtar Respublikasında artıq zəngin təcrübə qazanılıb. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada vətəndaşların öz seçki hüquqlarından istifadəsi diqqət mərkəzində saxlanılıb. Bu, seçkilərdə iştirak edən xarici müşahidəçilər tərəfindən də təsdiq edilib.
Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabr ayının 1-də keçiriləcək seçkilərə hazırlıqla bağlı görüləcək işlərlə tanış olmaq üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etdik. Öyrəndik ki, seçki prosesinə start veriləndən bu günədək Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa əsasən, nəzərdə tutulan tədbirlər ardıcıllıqla həyata keçirilib.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üçün 7 seçki dairəsi üzrə 316, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üçün 45 seçki dairəsi üzrə də 316 məntəqə yaradılıb. Ümumilikdə, seçkilərdə 268 min 463 seçici iştirak edəcək. Onların 4 min 799 nəfəri ilk dəfə səs verənlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 135 nəfərin namizədliyi qeydə alınıb.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilər üzrə 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının tərkibində 37 məntəqə yaradılıb. Bu məntəqələrdə 43 min 955 seçici öz namizədinə səs verəcək. Onlardan ən yaşlısı 103 yaşlı Səriyyə Sadiqovadır. 674 nəfər isə ilk dəfə olaraq seçici hüququndan istifadə edəcək.
Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidovun sözlərinə görə, deputatlığa namizədlərin təşviqatı üçün açıq və qapalı yerlər ayrılıb, müəyyən olunmuş yerlərdə təşviqat lövhələri quraşdırılıb. Dairə üzrə 120 müşahidəçi qeydə alınıb. Seçkilərə 5 gün qalana kimi müşahidəçi olmaq istəyənlər müraciət edərlərsə, onların müraciətinə baxılacaq. 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının 10, 12, 15, 17 və 28 nömrəli məntəqələrində veb-kameralar quraşdırılıb. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə imkan verəcək.
Qeyd edək ki, bu dairə üzrə Dairə Seçki Komissiyası qanunvericiliyə uyğun qaydada onun ərazisində fəaliyyət göstərən məntəqələrin seçkiyə hazırlığını tam təmin edib. Məntəqə üzvləri gündəlik olaraq Seçki Məcəlləsinə uyğun şəkildə hazırlıq işlərini aparırlar.
4-36 saylı seçki məntəqəsində də seçkilərə hazırlıq qənaətbəxşdir. Burada hazırlanmış məlumat lövhəsi vasitəsilə məntəqənin tərkibi, iş planı, vəzifə bölgüsü, deputatlığa qeydə alınmış namizədlərlə tanış olmaq mümkündür. Məntəqədə səs verəcək 1474 nəfər seçicinin siyahısı dəqiqləşdirilib. Onlardan 35 nəfəri ilk dəfə səs verəcək seçicilərdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 25-5 nömrəli məntəqə seçki komissiyası Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki 16 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Məlahət Rüstəmova bildirdi ki, bu məntəqədə 1359 seçici səs verəcək. Onların 33 nəfəri ilk dəfə səs verənlərdir. M.Rüstəmova onu da diqqətə çatdırdı ki, məntəqə seçki komissiyası üzvlərinin maarifləndirilməsi məqsədilə müntəzəm olaraq treninqlər keçirilir və bu tədbir seçki gününə qədər davam etdiriləcək. İlk dəfə səs verənlərlə də maarifləndirici tədbir keçiriləcək. Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün hərtərəfli şərait yaradılıb, məntəqələr lazım olan bütün avadanlıqlarla təchiz edilib. Artıq seçki gününü və yerini göstərən bildirişlər paylanılıb.
Qətiyyətlə demək olar ki, seçkilərin yüksək səviyyədə təşkili üçün muxtar respublikamızda artıq zəngin təcrübə qazanılıb. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərib ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada vətəndaşların öz seçki hüquqlarından istifadəsi üçün hər cür şərait yaradılıb. Bu, seçkilərdə iştirak edən xarici müşahidəçilər tərəfindən də dəfələrlə təsdiq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info