“ÜDM 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub”
Tarix: 21.10.2015 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Bir çox ölkələr iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan maktoiqtisadi inkişafını uğurla davam etdirir”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Olivier Adamla görüş olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə makroiqtisadi sabitliyin və dinamik tərəqqinin təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nailiyyətləri barədə O.Adama ətraflı məlumat verib: “Təsadüfi deyil ki, dünyada kəskin böhran səbəbindən bir çox ölkələrin iqtisadi geriləmələrə məruz qaldığı dövrdə Azərbaycan maktoiqtisadi inkişafını uğurla davam etdirir. Cari ilin 9 ayında ölkədə ÜDM 3,7 faiz, qeyri-neft sektoru üzrə 6,4 faiz, əhalinin pul gəlirləri isə 5,8 faiz artıb, inflyasiya 3,7 faiz olub”.
Nazir 2004-cü ildən bəri 1,4 milyonadək, təkcə bu ilin 9 ayında 87 min iş yerinin açıldığı ölkəmizdə işsizliyin 5 faizədək, yoxsulluğun isə qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını bildirib: “Habelə gənclərin məşğulluğunun təminatında mühüm uğurlar əldə olunur və hazırda dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini əhatə edən G20 qrupu üzrə 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% olduğu halda, Azərbaycanda bu göstərici 13,5%-dir. Dövlət məşğulluq orqanları tərəfindən də gənclərin iş yerləri ilə təminatı diqqətdə saxlanılır. Məsələn, bu ilin 9 ayında məşğulluq orqanlarının münasib işlə təmin etdiyi 22470 nəfərdən 9235 nəfəri (41%), peşə hazırlığına cəlb olunan 2776 nəfərdən 2094 nəfəri (75,4%), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilən 3089 nəfərdən 1389 nəfəri (45%) gənclər olub. Bu dövrdə 72857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib”.
Əmək və sosial müdafiə sahəsində aparılan islahat barədə məlumat verən S.Müslümov hazırda 70 illiyi dünyada geniş qeyd edilən BMT-nin müvafiq qurumları ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib: “Belə təşkilatlardan biri olan BMT İnkişaf Proqramı ilə birgə müvafiq layihə çərçivəsində son illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində yaradılan SYSLAB Təlim Tədris Mərkəzlərində işsiz və iş axtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə, onların əmək bazarına inteqrasiyasına yönələn təlimlər aparılıb. BMT İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark da ötən ilin oktyabrında ölkəmizdə səfəri zamanı Sumqayıtdakı SYSLAB Təlim Tədris Mərkəzində olub, burada aparılan işlərdən məmnunluğunu ifadə edib. Layihənin icra müddətində həmin Mərkəzlərdəki təlimlərdə 452 nəfər işsiz və işaxtaran şəxs iştirak edib və təlimlərin müsbət nəticəsi kimi onlardan 80 faizi (360 nəfərə yaxını) müxtəlif dövlət və özəl təşkilatlarda özlərinə münasib iş yeri əldə ediblər”. Nazir bu və digər müvafiq iş sahələrində, habelə inkluziv əmək bazarının inkişafı sahəsində əməkdaşlığın davam etməsinin əhəmiyyətli ola biləcəyini vurğulayıb.
O.Adam BMT İnkişaf Proqramının ötən müddətdə Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını vurğulayıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılan işlərin vacib məqsədlərə yönəldiyini qeyd edən O.Adam müsbət nəticələr verən bu işlərin davam etdirilməsinə tərəfdar olduğunu bildirib. Görüşdə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info