“Literaturnaya qazeta” ilə üçüncü birgə buraxılış
Tarix: 21.10.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Rusiyada nəşr edilən “Literaturnaya qazeta” ilə üçüncü birgə buraxılışı çap edilib.
“Literaturnaya qazeta” 1929-cu ildən nəşr olunur və dünyada çox böyük populyarlığı olan ədəbiyyat qəzetidir. Nizami adına Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta” arasında gerçəkləşdirilən birgə buraxılışlar Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə akademik qurumlarla bu məşhur ədəbiyyat qəzetinin birinci layihəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Nizami adına Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə birinci birgə layihəsi Moskvadakı Azərbaycan ədəbi mühitinə həsr edilib və Rusiyanın paytaxtında yaşayıb-yaradan azərbaycanlı şairlərin əsərlərindən rus dilinə tərcümə edilən ən yaxşı şeirlər böyük oxucu auditoriyasına çatdırılıb. “Literaturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutunun ikinci müştərək layihəsində Azərbaycan xalq şeiri nümunələrindən seçilmiş poetik örnəklər təqdim olunub. Azərbaycan xalq şeiri nümunələrini rus dilinə Rusiyanın ən tanınmış şairləri tərcümə ediblər. Səhifəni hazırlayanlar eyni şeir nümunəsinin rus dilinə çevrilmiş bir neçə variantı içərisindən bədii cəhətdən ən mükəmməl olanının seçilməsinə də diqqət yetiriblər. Eyni zamanda, “Literaturnaya qazeta” Azərbaycan ədəbiyyatı nümunələrinin rusdilli oxucular tərəfindən daha aydın şəkildə qavranılması üçün hər iki birgə buraxılışda geniş müşayiətedici məqalə çap edib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin və tanınmış ədəbiyyatşünas, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun dosenti, filologiya elmləri namizədi Abuzər Bağırovun müəllifi olduğu məqalələrdə Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri və milli özünəməxsusluqları təqdim edilib, haqqında məlumat verilib, poeziya nümunələrinin mahiyyəti açıqlanıb.
“Literaturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutu ilə növbəti, üçüncü əlavəsində zəngin ənənələrə malik olan Azərbaycan aşıq ədəbiyyatından seçilmiş örnəklər “Müdriklik və sevgi bağçası” adı ilə rusdulli ədəbiyyat məkanına çıxarılıb. Məşhur “Kitabi-Dədə Qorqud” dastanlarının proqram xarakterli müqəddiməsinin görkəmli rus şərqşünası, akademik Vasili Bartoldun tərcüməsində böyük oxucu auditoriyasına çatdırılması Prezident İlham Əliyevin bu qədim abidənin aşkara çıxarılmasının 200 illiyi haqqındakı sərəncamının icra edilməsi baxımından da aktual səsləşir. Yeni birgə buraxılışda Azərbaycan aşıq ədəbiyyatının böyük klassikləri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Dəllək Murad, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Bəsti, Molla Cuma, Aşıq Qurban Ağdabanlı, Aşıq Hüseyn Bozalqanlı, Çoban Əfqan, Aşıq Şəmşir, Xəyyat Mirzə və başqalarının qoşmaları və gəraylılarından seçmələrin ən yaxşı tərcümələrinin oxuculara çatdırılması ədəbiyyatımızın bu böyük qolu haqqında dolğun və ümumiləşmiş təsəvvürlərin yaradılmasına xidmət edir. Bu əlavədə də Azərbaycan aşıq ədəbiyyatının inkişaf yolunun və qüdrətli nümayəndələrinin ölməz irsinin özünəməxsus incəliklərinin asanlıqla, aydın təsəvvür edilməsi üçün müəyyən elmi-informasiya təminatının “Literaturnaya qazeta”nın ayrılmış səhifələrində öz əksini tapması təmin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə ədəbi əlaqələr üzrə ixtisaslaşmış tanınmış ədəbiyyatşünas Abuzər Bağırovun “Musiqidən yaranmış şedevrlər” adlı məqaləsində milli aşıq ədəbiyyatının çoxəsrlik ənənələri və müasir inkişaf səviyyəsi haqqında geniş və sistemli elmi araşdırmalar diqqətə çatdırılıb. Bundan başqa, “Literaturnaya qazeta”nın Azərbaycan aşıq ədəbiyyatı buraxılışında şeirləri verilmiş xalq sənətkarlarının təvəllüd və vəfatı tarixlərinin qeyd edilməsi inkişaf prosesini həm də mərhələlər üzrə təsəvvür etməyə imkan yaradır.
Geniş oxucu auditoriyasına təqdim olunan “Literaturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə buraxılışı böyük formatda çıxan bu qəzetin 4 səhifəsi həcmindədir.
Bir qayda olaraq “Literaturnaya qazeta” hər dəfə Ədəbiyyat İnstitutu ilə birgə buraxılışında Azərbaycan rəssamlarının rəsm əsərlərindən illüstrasiyalar da təqdim edir. Üçüncü buraxılışda tanınmış Azərbaycan rəssamı Elçin Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında çəkdiyi rəsmlərdən nümunələr Azərbaycan aşıq ədəbiyyatına aid səhifədə yer alıb.
Azərbaycan-Rusiya ədəbi əlaqələrinin yeni və əhəmiyyətli səhifəsi olan “Literaturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə buraxılışlarını filologiya elmləri namizədi, dosent Abuzər Bağırov hazırlayıb. Ölkələrimiz arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsi sahəsində səmərəli iş aparan Abuzər Bağırovun hazırladığı “Moskvalı Azərbaycan şairləri” adlı antologiya da bu yaxınlarda Moskvada “Xudojestvennaya literaratura” nəşriyyatında çapdan çıxıb. Antologiyada Moskvada yaşayıb-yaratmış 18 Azərbaycan şairinin şeirləri toplanıb.
Nizami adına Ədəbiyyat İnstitutunun “Literaturnaya qazeta” ilə birgə buraxılışının növbəti saylarında klassik və müasir Azərbaycan poeziyasından rus dilinə tərcümələr oxuculara çatdırılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info