Azərbaycan və Tacikistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Tarix: 21.10.2015 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-də Tacikistanın İqtisadi İnkişaf və Ticarət Naziri, Tacikistan-Azərbaycan İqtisadi-Ticarət, Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nematullo Hikmatullozode ilə Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Abbasəli Həsənov arasında görüş keçirilib.
Azərbaycanın Tacikistandakı səfirliyinin yaydığı məlumata görə, görüşdə iki ölkə başçısı arasında səmimi dostluq, xalqlarımız arasında tarixən sıx mədəni-ticari əlaqələrin mövcudluğu məmnunluq hissi ilə qeyd olunub.
Nazir sonuncu dəfə cari ilin may ayında Bakıya səfər etdiyini və Azərbaycanın uğurlarının şahidi olduğunu bildirib.
Tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra sahələri nəzərdən keçiriblər və iqtisadi-ticari əlaqələrin inkişafına, regional layihələrə dair məsələləri müzakirə ediblər. Qeyd olunub ki, Düşənbə-Bakı birbaşa hava reysinin bərpa edilməsi məsələsinin hələ də həll olunmaması Azərbaycanla Tacikistan arasında iqtisadi-ticari, elmi-mədəni sahələrdə geniş imkanların mövcudluğuna baxmayaraq bu istiqamətdə işlərin həyata keçirilməsinə böyük maneəçilik törədir.
Tərəflər həmçinin, İqtisadi-Ticari, Elmi-Mədəni Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 15 oktyabr 2014-cü ildə Düşənbədə keçirilən III iclasının yekun protokolunun icrası və növbəti IV iclasının keçirilməsi məsələləri ilə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfir A.Həsənov Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə dair həmsöhbətinə məlumat verərək, ölkəmizin investisiya qəbul edən ölkədən investisiya qoyan ölkəyə çevrildiyini və son illər ərzində başqa ölkələrə böyük həcmdə sərmayə yatırıldığını onun diqqətinə çatdırdı. Səfir əlavə etdi ki, Azərbaycan əldə etdiyi iqtisadi inkişaf təcrübəsini Tacikistanla bölüşməyə hazırdır.
Səfir A.Həsənov İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq mövqeyini ifadə edən qətnamənin qəbul edilməsində Azərbaycana yaxından dəstək verdiyinə görə təşəkkürünü bildirib.
Görüşdə yaxın zamanlarda istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin tikilməkdə olan digər bir regional layihə - Tacikistan-Əfqanıstan-Türkmənistan dəmiryolu layihəsi ilə gələcəkdə birləşdirilməsinin perspektivlərinə toxunulub. Bu layihələrin gerçəkləşməsi nəticəsində yaranacaq Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info