Əkrəm Əylisli vətəndaşlıq hissini itirib
Tarix: 09.02.2013 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


«Xalq yazıçısı» adının Əkrəm Əylislidən alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır»



“Əkrəm Əylisli dəfələrlə deyib ki, o, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb və bizim keçirdiyimiz tədbirlərdə iştirak etmir. Həmin vaxtan da bu günə kimi AYB-yə qarşı təxribat və böhtan xarakterli çıxışlar edir. AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb”.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda deyilir. AYB bəyan edib ki, “Daş yuxular” romanıyla Əylisli yalnız yazıçıların deyil, bütün xalqın qəzəbinə tuş gəlib: “AYB-nin bəyanatında bu barədə ətraflı açıqlama verilib. Bundan sonra da Ə.Əylisli mən “AYB-ni saymıram” mövqeyini bəyan edib. Biz də onun daha AYB-nin üzvü olmadığını təsdiq edirik”. Qeyd edək ki, Ə.Əylislinin dövlət başçısının sərəncamı ilə «Xalq yazıçısı» fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi cəmiyyətdə müsbət qarşılanıb. «SİA»ya açıqlama verən millət vəkili Fəttah Heydərov bildirib ki, Əkrəm Əylisli vətəndaşlıq hissini, duyğusunu itirən insandır: «O, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğalda olması və digər faciələrimiz erməni vəhşiliyinin nümunələridir. Bunu başa düşməyən Əkrəm Əylisli Azərbaycan xalqını aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhdlər göstərib. Bu da onun ermənilərdən sifariş aldığını göstərir. "Xalq yazıçısı" adının Əkrəm Əylislidən alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır. Əsl cəza isə xalqın ona olan nifrətidir. Belə bir əsər yalnız və yalnız erməni sifarişi ilə yazılan bir əsər ola bilərdi. Yazıcıya verilən mükafatlar xalqa göstərdiyi xidmətlə bağlı olur. Xalqa böhtan atdığı üçün digər dövlət mükafatları da əlindən alınmalıdır». Millət vəkili Eldar İbrahimov bildirib ki, dövət başçısı bu addımı ilə xalqın maraqlarına qarşı çıxanlara münasibətinin sərt olduğunu nümayiş etdirib: «Əkrəm Əylisliyə verilən bütün fəxri adlar və imtiyazları əlindən alınmalıdır. O, birmənalı şəkildə Azərbaycan xalqının düşmənidir. Əkrəm Əylisli sovet dövründə Azərbaycana qarşı ermənilərin casusu olub. Belə bir əsəri yazmaqla yəqin ki, Nobel mükafatı almaq xülyasına düşüb. Lakin bu, xəyaldan, yuxudan başqa bir şey deyil. Birmənalı şəkildə demək olar ki, Əkrəm Əylislinin damarlarında axan qan erməni qanıdır. Bu insan Azərbaycan xalqına qarşı öz erməniliyini edir». Millət vəkili Asəf Hacıyev hesab edir ki, xalqa böhtan atan şəxs «Xalq yazıçısı» adını daşıya bilməz: «Xalqa böhtan atan şəxs Azərbaycan Prezidentinin təqaüdünü almağa və "Xalq yazıçısı" adını daşımağa layiq deyil. Əkrəm Əylislinin səfirliklərə müraciətinin nəticəsi yoxdur. Çünki digər ölkələrin səfirliklərinin Azərbaycanın işinə qarışmağa hüququ və haqqı ola bilməz. Bu, sadəcə, sifariş aldığı qrupların diqqət mərkəzinə çevrilməkdən başqa bir şey deyil». Millət vəkili Rəfael Hüseynov bildirib ki, dövlət başçısının məlum sərəncamı Əkrəm Əylislinin bütün fəaliyyətlərinə verilən sərt münasibət, layiqli cəzadır.
YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə bildirib ki, erməni dəyirmanına su tökən, Azərbaycan xalqını təhqir edən şəxs «Xalq yazıçısı» adını daşımağa layiq deyil: «Onun fəxri addan və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi doğru və xalqın gözlədiyi qərar idi. «Daş yuxular» xalqa arxadan vurulan zərbədir. Əkrəm Əylisli aldığı bütün mükafatlardan və titullardan məhrum edilməlidir. Bütün vətəndaşlar Əkrəm Əylislinin "Xalq yazıçısı" titulundan məhrum edilməsindən məmnundurlar. Görünür, aldığı sifariş, tapşırıq, damarında axan erməni qanı onu erməni təəssübkeşliyindən çıxış etməyə həvəsləndirib. Düşünürəm ki, ona verilən digər adlar və imtiyazlar da əlindən alınmalıdır».
ANAR




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info