“Azərişıq” 10 illik fəaliyyət planı hazırlayıb
Tarix: 21.10.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlayıb.
Cəmiyyətin sədri Baba Rzayev “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib ki, qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib: “2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 000 MVt-dan 10 000 MVt-a qədər artacağı proqnozlaşdırılır. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində yeni qida mənbələrinin - 35 və 110 kV-luq yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb”.

B. Rzayev bildirib ki, regionlarda perspektiv və mövcud yükləri nəzərə almaqla 20 ədəd 110 kV-luq, 70 ədəd 35 kV-luq yarımstansiyaların yenidən qurulması və inşası, müxtəlif gücdə 4749 ədəd KTM-nin quraşdırılması, 110; 35; 10; 6 və 0.4 kV-luq elektrik verilişi xətlərinin tikintisi aparılmalıdır: “Tədqiq olunan ərazilərdə nəzərdə tutulan elektrik şəbəkələrinin yenidən qurulması, elektrik enerjisinə olan tələbatın ödənilməsinə, rayonların elektrik təchizatının yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azaldımasına, şəbəkələrdəki texniki itkilərin minimuma çatdırılmasına imkan yaradacaq”.

B. Rzayev deyib ki, ölkə ərazisində “Azərişıq” ASC-yə məxsus, yeni təhvil alınan 74 ədəd 110 kV-luq yarımstansiyalardan 12%-i (9 ədəd),406 ədəd 35 kV-luq yarımstansiyalardan isə 5 %-i (20 ədəd), ümumi uzunluğu 105 min km təşkil edən 35;10;6 və 0.4 Kv-luq elektrik veriliş xətlərinin 10%-i (10 min km) yenidən qurulub: “Paylayıcı elektrik şəbəkələrində aparılacaq təmir, bərpa və yenidənqurma işləri “Azərişıq” ASC-nin 7 RETSİ üzrə nəzərdə tutulub. Fəaliyyət planında qeyd olunan obyektlərin tikintisi və yenidənqurma işləri 5 il ərzində həyata keçirilməsi planlaşdırılıb. Hazırda 4 ərazidə yarımstansiyaların tikintisi yekunlaşıb. İlk olaraq 35 kilovoltluq Fatmayi, Xaçmaz, Sarıqaya və Gəncədəki Nizami yarımstansiyaları inşa edilib istifadəyə verilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info