Naxçıvan mətbəxi zəngindir
Tarix: 21.10.2015 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Ölkəmizin hər bir regionunun öz adət-ənənələri olduğu kimi, Naxçıvanın da özünəməxsus ləziz yemək növlərindən ibarət mətbəx mədəniyyəti vardır. Naxçıvan mətbəxinin zənginliyi muxtar respublikada kulinariya turizminin inkişafı üçün də gözəl zəmin yaradır.
Bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Kulinariya Gününə həsr edilmiş tədbirində səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva açaraq bildirib ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi gündən milli kimliyinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmaqdadır. Atılan ilk addımlardan biri də milli mətbəxin qorunmasıdır.
Qeyd olunub ki, Azərbaycan mətbəxinin öyrənilməsi və inkişafı ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra daha geniş vüsət alıb. 1994-cü ilin aprel ayında ümummilli liderimiz Heydər Əliyev Norveçdə keçirilən Dünya Kulinariya Konqresinə məktub-müraciət göndərərək Ümumdünya Kulinariya Təşkilatı Birliyini Azərbaycanla sıx əməkdaşlığa dəvət edib. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasındakı çıxışında ermənilərin Azərbaycanın mətbəx nümunələrini öz adlarına çıxmaq üçün müxtəlif addımlar atdıqlarını bildirib və belə hərəkətlərin yolverilməz olduğunu bəyan edib. Respublika səviyyəsində keçirilən Novruz bayramı tədbirlərində Prezident İlham Əliyev ən çox diqqəti milli mətbəximizin təbliğinə yönəldir.
Gülbuta Babayeva deyib ki, Naxçıvan Muxtar Respublikasında da milli mətbəxin təbliğinə ciddi fikir verilir. Ali Məclisin Sədri 2009-cu ildə Azərbaycanın regionları arasında ilk dəfə Naxçıvanda “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
Tədbirdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Səyyarə Sadıxova “Azərbaycan kulinariyası” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Milli mətbəx mədəniyyətimiz coğrafi baxımdan tarixən geniş bir arealda yayılıb, azərbaycanlıların qədimdən yaşadıqları əraziləri əhatə edib.
Qeyd olunub ki, ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvanda da süfrə mədəniyyəti hər zaman ən yüksək səviyyədə qorunub saxlanılıb, bərəkətin rəmzi kimi süfrəyə böyük ehtiram göstərilib, süfrə estetikası və etikasına son dərəcə dəqiqliklə əməl olunub. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması məqsədilə Naxçıvanda yaradılan “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi ötən dövr ərzində qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə səy göstərib və bu gün də öz fəaliyyətini bu istiqamətdə davam etdirir. Bunun üçün mərkəzə hərtərəfli şərait yaradılıb.
Məruzədə milli mətbəx mədəniyyətimizin qorunması üçün İctimai Qida Muzeyinin yaradılması zərurəti diqqət mərkəzinə çəkilərək qeyd olunub ki, Beynəlxalq Kulinariya Günü bu il dünyada 13-cü, Azərbaycanda 9-cu, Naxçıvanda isə ilk dəfədir keçirilir.
Tədbirin sonunda “Azərbaycan mətbəxi” adlı tanıtım filmi nümayiş etdirilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info