“Gənclər seçki prosesinə biganə qalmamalıdır”
Tarix: 21.10.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Səməd Rzazadə: “Seçki prosesində gənclərin də fəal iştirakı və öz seçici hüquqlarından istifadə etmələri dövlətimiz üçün çox önəmli mövzulardan biridir”

Seçkilərdə gənclərin iştirakı, xüsusən onların ictimai təşəbbüskarlıq göstərmələri müsbət amildir. Bu, o deməkdir ki, gənclər dövlətin etimadını doğruldur. Elə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri, YAP Səbail Rayon Təşkilatının İdarə Heyətinin üzvi Səməd Rzazadə ilə söhbətimiz bu mövzuda oldu.
- Gənclərin ictimai aktivliyinin cəmiyyətin inkişafında nə kimi rolu var?
-Müasir dünyada gənclərin rolu, dünyanın inkişafına təsirdə kəskin şəkildə dəyişib. Gənclər bir çox sahələrdə dəyişiklik edən fəal qüvvə kimi özünü göstərir. Bugünkü gənclik müasir dünyaya çağırışlar edir, öz həyatını formalaşdırarkən, vətəndaş mövqeyi ortaya qoyur, siyasi proseslərdə fəal iştirak edirlər. Bu şəraitdə gənclərin dəstəklənməsi, onların təşəkkülü və formalaşması çox vacibdir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti, müxtəlif sahələri əhatə edir; gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında onların iştirakı. Bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemləri dövlət prioritetlərindən biridir.
- Gənclərin seçki prosesinə cəlb olunması hansı müsbət effekt verə bilər?
-Bildiyimiz kimi qarşıdan parlament seçkiləri gəlir. Gənclər bir sıra məsələlərdə olduğu kimi bu seçkilərdə də aktiv olmalıdır. İlk Avropa Oyunlarında gənclərimizin necə fəal şəkildə dövlət rəsmiləri ilə birgə çiyin-çiyinə çalışdığının şahidi olduq. Həmin aktivliyi, canı könüldən çalışmaları parlament seçkilərində də görsək çox əla və ümid edirəm elə də olacaq.
- Gənclərdə vətəndaş mövqeyinin güclənməsində onların seçkilərdə iştirakının nə kimi rolu var?
-Bu gün sosial şəbəkələrdə, yerli və xarici mətbuatda Azərbaycandakı seçkilərlə bağlı müzakirələr gedir. Gənclərimiz həmin müzakirələrdə iştirak etməli, deputatlığa namizədlərin görüşlərinə qatılmalı, ağı qaradan ayırd etməlidirlər. Belə olduqda düzgün və sağlam gənclik daha da inkişaf edəcək. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlətə məsuliyyətli gənclər lazımdır. Hesab edirəm ki, seçkilərdə fəal iştirak ən məsuliyyətli işlərdən biridir və gənclər bu prosesə biganə qalmamalıdırlar.
- Gənclər onlara olan etimadı doğruldurlarmı?
-Bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər. İstər yerli, istərsə də beynəlxalq aləmdə bu gün gənclərin uğurları hər gün daha da artır. Məhz bu, Azərbaycan dövlətinin və cənab Prezidentin gənclərə olan diqqətindən irəli gəlir. Heç təsadüfi deyil ki, ilk Avropa Oyunları eyni zamanda Azərbaycan gənclərinə beynəlxalq səviyyədə ilk dəfə keçiriləcək oyunların iştirakçısına çevrilmək imkanı yaratdı. Məhz bu səbəbdən gənclər, bu gün Azərbaycana qarşı atılan böhtanlara, istifadə olunan qeyri-ciddi fikirlərə birbaşa Azərbaycan adını qorumaq üçün istənilən platformada yer alırlar. Bunlarda isə ən vacibi sosial şəbəkələrdir ki, informasiya müharibəsi zamanı Azərbaycan gəncliyi bu kimi şəbəkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru çatdırılması üçün gecə-gündüz çalışırlar. Müxtəlif aksiyalarda iştirak edirlər. Gənclərin təşəbbüskarlığının, dinamikliyinin, çevik addımlarının və sərbəst fikirlərinin azadlığı olan sosial şəbəkələrdə eyni zamanda Azərbaycana qarşı səsləndirilmiş fikirlərə düzgün arqumentləşdirmək bacarığı aşılanır. Bu da gənclərin öz təşəbbüslərindən irəli gəlir.
- Bəs, seçki ilə bağlı ictimai birlik olaraq hansı layihə keçirirsiz?
-Biz də “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi “Səs Ver 2015” layihəsinə start vermişik. Layihənin məqsədi ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili və gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsidir. Layihənin qarşısında duran vəzifələr isə gənclər üçün səsvermə prosesinə aid xüsusi təlimlərin keçirilməsi, aktiv gənc seçici kütləsinin formalaşdırılması, cəmiyyət fərdləri olan digər gənclərdə də seçki prosesinə maraq yaratmaq və motivasiya etməkdən ibarətdir. Seçki prosesində gənclərin də fəal iştirakı və öz seçici hüquqlarından istifadə etmələri dövlətimiz üçün çox önəmli mövzulardan biridir. Məhz buna görə də, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.5.7-ci (“ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili”) bəndini və Azərbaycan Respublikası Prezindeti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin prioritet mövzuları arasında olan “2015-ci ilin parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” istiqamətini əsas götürərək “SƏS VER 2015” layihəsini təqdim edirik. İlk dəfə səs verəcək gənclərin bu sahədə məlumatsız olduğunu, gənclər arasında maarifləndirmə işi aparmadıqda, seçki porsesində gənclərin az bir qisminin təmsil olunduğunu nəzərə alaraq, belə bir faydalı, həm öyrədici, həm də əyləncəli bir layihəni yazıb hazırladıq. Layihə, həmçinin gəncləri maarifləndirməklə yanaşı, onların faydalı vətəndaş kimi yetişmələri yolunda atılmış addımdır. Çünki cəmiyyətin hər bir fərdi öz hüquqlarından faydalanmalı, ölkə quruculuğunda yaxından iştirak etməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info