“Qarabağ”ın səfər sınağı
Tarix: 21.10.2015 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək. 12 qrupda baş tutacaq 24 qarşılaşma ilə I dövrəyə yekun vurulacaq. Avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da bu gün meydana çıxacaq. “Qəbələ” ev, “Qarabağ” səfər matçında qüvvəsini sınayacaq. “Borussiya”nı qəbul edəcək Qəbələnin eyniadlı klubu ikinci ev oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri 1/16 final şanslarını çətinə salmamaq üçün bu matçda xal qazanmalıdır.
Qitə miqyaslı turnirlərdə keçirdiyi son 5 ev oyununda qapısından qol buraxmayan “Qəbələ” Dortmund təmsilçisi ilə görüşdə də seriyasını davam etdirməyə çalışacaq. Əyalət klubu hətta heç-heçə sayəsində 1 pillə irəliləyə bilər. Bunun üçün PAOK-un “Krasnodar”a uduzmalıdır.
“Qəbələ” qrupun favoriti olan rəqibini məğlub etsə, liderliyə qədər yüksələ biləcək. 5 il əvvəl “Qarabağ”la keçirdiyi hər iki qarşılaşmada qələbə qazanan almaniyalıları büdrədəcəyi halda, təmsilçimiz Bundesliqa klublarından xal alan ilk komandamız olacaq. “Qarabağ” isə tarixində 3-cü dəfə Fransa klubu ilə görüşəcək. “Monako”nun qonağı olacaq Ağdam təmsilçisi 2-ci pillədəki mövqeyini qorumaq üçün ən azı 1 xal qazanmalıdı. Təmsilçimiz səfərdən xalla dönsə, 3-cü pilləyə də düşə bilər. Lakin bu, 3 komandanın eyni xal toplayacağı halda mümkün olacaq. Bir sözlə, komandamız xal hesabında liderliyə şərik çıxacaq. “Monpelye”dən iki böyükhesablı məğlubiyyət alıb, ötən il “Sent Etyen”ə uduzmayan “Qarabağ” fransalılar üzərində ilk qələbəsini də bayram edə bilər. “Monako”nun hazırda enişdə olması Qurban Qurbanovun yetirmələrinin lehinə olan amildi. Bu qələbə ağdamlıların 1/16 final şanslarını artıracaq. Çünki “Qarabağ” ikinci dövrədə 3 matçdan ikisində öz meydanında oynayacaq. Düzdü, Azərbaycan çempionunun aparıcı oyunçuları arasında zədəli futbolçular var. Lakin Çumbinyonun uzun fasilədən sonra qayıdışı və Samuel Armenterosun oyundan-oyuna tam formaya düşməsi itkilərin sığortalanacağını gözləməyə əsas verir.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info