Bakıda 21-ci beynəlxalq inşaat sərgisi açılıb
Tarix: 22.10.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Dünən Bakı Ekspo Mərkəzində 21-ci beynəlxalq inşaat sərgisi (BakuBulid 2015) açılıb. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov tədbiri açaraq ölkədə Prezidentin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf və tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib.
Ölkədə tikinti sektorunun da sürətlə inkişaf etdiyini söyləyən N.Səfərov bildirib ki, bu sahədə daxili tələbatın yerli istehsalın hesabına ödənilməsi məqsədilə yeni müəssisələr açılır, tikinti materiallarının istehsalı genişləndirilir. Qeyd olunub ki, 21-ci beynəlxalq inşaat sərgisi regionda ən böyük sərgidir. Burada 160-a yaxın yerli şirkət özünün istehsal etdiyi çoxçeşidli məhsullarını nümayiş etdirir. Bu, xarici şirkətlərlə tərəfdaşlıq baxımından xüsusi mühüm əhəmiyyət daşıyır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov sərginin ilbəil genişləndiyini, iştirakçıların isə sayının artdığını diqqətə çatdırıb. “Sərgidə dünyanın 30 ölkəsindən 530-dan artıq şirkətin təmsil olunması isə ilk növbədə ölkəmizə xüsusi maraqdan irəli gəlir”, - deyə sədr müavini bildirib. Vurğulanıb ki, bu sərgi respublikamız üçün uğurlu bir ilə - ilk Avropa Oyunlarının keçirildiyi ilə təsadüf edib. Azərbaycan ilk Avropa Oyunlarının təşkilatçısı kimi öz potensialını nümayiş etdirərək, qısa zaman kəsiyində möhtəşəm idman qurğularını və müasir infrastruktur yaradıb. Bununla da Azərbaycan öz qüdrətini və dinamik inkişafını bütün dünyaya sübut edib. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo digər illərlə müqayisədə italyan şirkətlərinin sayının xeyli artdığını söyləyib: “Belə ki, hazırda sərgidə 80-dən artıq İtaliya şirkəti öz məhsullarını təqdim edir. Bu şirkətlər sərgi çərçivəsində milli qrup şəklində birləşiblər”. Səfir həmçinin vurğulayıb ki, Azərbaycan İtaliyanın ən böyük tərəfdaşlarından biridir. Xüsusilə də energetika sahəsində ölkələrimiz arasında mühüm layihələr və işbirliyi mövcuddur.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info