“Contra Magazin”: “Dünya Ukrayna faşizmi barədə susur”
Tarix: 22.10.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Almaniya hakimiyyəti ölkədə neofaşizmin güclənməsinə barmaqarası baxır. Aparıcı alman media qurumları buna gözlərini yumur”

Avstriyanın “Contra Magazin” jurnalı Almaniyada və Ukraynada neofaşizmin güclənməsindən və buna hökumət strukturlarının, müvafiq təşkilatların göz yummasından yazıb. Yazıda bildirilir: “Almaniya hakimiyyəti ölkədə neofaşizmin güclənməsinə barmaqarası baxır. Aparıcı alman KİV-i isə buna gözlərini yumur”.
Müəllif onu da bildirir ki, dünya Ukrayna faşizmi barədə susur. Nəşr qeyd edir ki, Qərbi Ukraynada Stepan Benderi milli qəhrəman sayırlar və bu faşist liderin çoxsaylı pərəstişkarları onun Münhendəki qəbrini ziyarət edirlər. Benderin ölümünün ildönümü günü - 15 oktyabrda “Ukraynadan və Almaniyadan olan çoxsaylı faşistlər” requlyar olaraq onun Münhendəki məzarına yürüş edirlər.
Bununla yanaşı, aparıcı alman media qurumları bu cür “faşist tendensiyaları” ilə qətiyyən maraqlanmırlar. Məqalə müəllifi Kristian Zaarlander yazır ki, faktiki olaraq belə bir halda neofaşistlər vergiödəyiciləri vasitəsilə dəstəklənir. Onun sözlərinə görə, Ukrayna millətçiləri Münhendəki yeni abidənin açılışını bayram edirlər və buna kimsə mane olmur: “Pegida” hərəkatının iştirakçıları isə məhkəmə məsuliyyətinə cəlb olunublar. Almaniyada etiraz nümayişləri keçirən adamlar isə ölkənin taleyindən narahat olduqları üçün “millətçi” damğasına məruz qalırlar. Ukraynada faşistlərin zorakılıqları isə azadlıq mübarizısi kimi qələmə verilir”.
“Contra Magazin”in müəllifi qeyd edir ki, Banderin Münhendəki abidəsi yenidən solçu qüvvələr tərəfindən dağıdılır və bununla bağlı media qurumları dərhal səs salırlar: “Məzar tez bir zamanda faşizm tendensiyası güclü olan “azad Ukrayna”ya köçürülməlidir”. Müəllif onu da xatırladıb ki, “soyuq müharibə” vaxtında Münhendə “Azadlıq radiosu” təbliğat aparanda, orada daim Ukraynadan olan faşistlər veyilləniblər: “Çünki ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin cəlb edilmişləri üçün özünü antikommunist sayanlar çox əlverişli imiş”.
“Politonlayn” daha öncə məlumat verib ki, Ukrayna sosioloqları qeyri-adi məlumatlar açıqlayıblar - ümumi sosioloji soğru nəticəsində bəlli olub ki, müasir ukraynalılar Ukrayna Millətçiləri Birliyi və Ukrayna Üsyançı Ordusunun nasist ideyalarını dəstəkləyirlər.

Almaniya və Avropada nasizm ideyalarının yayılmasını Avropa Parlamenti, Avropa Şurası və digər qurumlar dərk etmirlər və ya qəsdən görməzdən gəlirlər. Halbuki onlar digər ölkələrdə, xüsusən müstəqil milli inkişaf you tutan dövlətlərdə ən kiçik nüansları “insan haqlarının pozulması” kimi təqdim edir, bununla bağlı xüsusi “hesabat”lar hazırlayır və dünyaya car çəkirlər.

“Reytinq” sosioloji qrupu ukraynalılar arasında sorğu keçirərək rəsmi şəkildə bildirib ki, Maydandan sonra - 2014-2015-ci illərdə yuxarıda adları çəkilən millətçi təşkilatların tərəfdarları 27 faizdən 41 faizə yüksəlib. Bu nasist ideyalarının əleyhdarlarının sayı isə 52 faizdən 38 faizə qədər azalıb. Sosioloqlar ilk növbədə il ərzində nasist ideyalarının tərəfdarlarının sayının bu ideya əleyhdarlarının sayını keçdiyinə diqqət çəkirlər. Ekspertlər onu da qeyd edirlər ki, Qərbi Ukraynada əhalinin 76 faizi Ukrayna Millətçiləri Birliyi və Ukrayna Üsyançı Ordusunun nasistlərini qəhrəmanlar sayırlar. Ekspertlər onu da qeyd edirlər ki, Ukraynanın cənubu və şərqində nasistləri əhalinin 27 faizi dəstəkləyir.
Göründüyü kimi, Avropanın göbəyində Almaniyada və eləcə də Ukraynada nasist ideyaları getdikcə daha geniş intişar tapmaqdadır. Bunun isə konkret səbəbləri var. Belə ki, yazıda da qeyd edilir ki, Almaniyada, eləcə də Ukraynada hökumət qurumları dolayı olaraq nasistlərin aqressiv bir şəkildə özlərini ifadə etmələrinə göz yumurlar və dolayı olaraq şərait yaradırlar. Bu azmış kimi, ictimai marağı ifadə etməli olan media qurumları da bu ölkələrdə nasist ideyalarının yayılmasının üstündən sükutla keçirlər və dolayı olaraq nasizm ideyalarını ictimai rəydə leqallaşdırmağa xidmət göstərirlər. Halbuki tarix, yaxın keçmiş və acı təcrübələr həmin nasist ideyalarının bəşəriyyət üçün nə qədər təhlükəli və acı nəticələrə səbəb olduğunu açıq şəkildə göstərir. Amma belə görünür ki, bunu Avropada, Avropa Parlamenti, Avropa Şurası və digər qurumlar dərk etmirlər və ya qəsdən görməzdən gəlirlər. Halbuki onlar digər ölkələrdə, xüsusən müstəqil milli inkişaf yolu tutan və onların təsirlərinə düşməyən dövlətlərdə ən kiçik nüansları “insan haqlarının pozulması” kimi təqdim edir, bununla bağlı xüsusi “hesabat”lar hazırlayır və dünyaya car çəkirlər. Onlar digər sivilizasiyalara, mədəniyyətlərə, müstəqil inkişaf yolu tutmuş dövlətlərə qarşı apardıqları informasiya savaşlarını həm də bu “insan hüquqları” müstəvisində qurmağa çalışırlar. Amma unudulur ki, nasizm və faşizmə verdikləri bu cür dəyər də məhz dolayı olaraq onların müəllifliyi ilə baş tutub. Həmin qurumlar dolayı olaraq bu “dəyərlərinə” sahib çıxırlarsa, onların bütün bəşəriyyət üçün qorxunc təhlükə və hər cür terrorla nəticələnə biləcək nasizmin ilhamvericiləri və mənbələrindən biri olduqları da hesab edilə bilər. Halbuki bu gün onlar digərlərinə, məsələn, Azərbaycana qarşı qərəzli hesabatları ilə “insan haqları hakimi” olmaq iddiasındadırlar. Azərbaycanda bir milyondan çox məcburi köçkün və qaçqının hüquqlarının tapdandığı, evlərinin, torpaqlarının əllərindən alındığı və qırğınlara məruz qaldığı ilə bağlı isə heç bir işləri, hesabatları, işğalçı Ermənistana təzyiqləri ortada yoxdur. Ona görə də bu cür qurumların fəaliyyəti dünyada ədalətin bərqərar olmasına xidmət etmir və qeyri-ciddi qəbul edilir. Çünki ikili standartlar və qərəzdən çıxış edirlər. Azərbaycan da məhz bu amilləri və özünə qarşı qərəzli yanaşmaları nəzərə alaraq, məsələn, AŞ Yerli və Regional Hakimiyyətləri Konqresinin sessiyası kimi tədbirlərdə iştirakdan imtina edib. Bu isə sözügedən qurumların Azərbaycanın milli maraqlarına zidd yanaşmasına haqlı etiraz kimi qəbul edilə bilər. Eləcə də neofaşizmin yayılmasına dolayı şərait yaradan bu cür qurumlara yerində verilmiş cavab sayıla bilər...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info