Azərbaycanda erkən nikah halları digər dövlətlərlə müqayisədə azdır
Tarix: 22.10.2015 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


Dünən Bakıdakı “Four Seasons” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
Dəyirmi masada BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin (CEDAW) Azərbaycan ilə bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunub.

Eyni zamanda, CEDAW-ın tövsiyələrinin icrası istiqamətində ölkəmizdə görülən işlər haqqında məlumat verilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək erkən nikah, qadın zorakılığı, qadın hüquqlarının pozulması kimi aktual problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda erkən nikah halları digər dövlətlərlə müqayisədə azdır. Komitə sədri vurğulayıb ki, vətəndaşlar özləri erkən nikah hallarına qarşı çıxmayınca, rəsmi qurumların apardığı işlərin faydası olmayacaq. H.Hüseynova son illərdə Azərbaycan qadınlarının əldə etdiyi nailiyyətlərdən də söhbət açıb. Diqqətə çatdırıb ki, Azərbaycanda diplomat qadınların sayı artaraq 181-ə çatıb. Ölkədə rayon İcra Hakimiyyəti başçılarının qadın müavinlərinin sayı artaraq 78-ə, qadın hakimlərin sayı isə 65-ə yüksəlib. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri, rəhbər vəzifələrdə çalışanların 84 nəfəri, notarial orqanlarında çalışanların isə 40 nəfəri qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8 faizi qadınlardır. Dəyirmi masada BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə yeni təyin olunmuş regional direktoru Karl Kulessa qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə qanun qəbul edilməsi təqdirəlayiqdir və mühüm bir addımdır. Həmçinin diqqətə çatdırıb ki, qanunun tam icra olunması da çox vacibdir. O bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq insanlığın ən utancverici halıdır. K.Kulessa vurğulayıb ki, dünyada qadınların 30 faizi fiziki və cinsi zorakılığa məruz qalır. Tədbirdə UNFPA ilə Azərbaycan arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu və gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info