“Prezidentin siyasi iradəsi vətəndaşlar tərəfindən dəstəklənir”
Tarix: 22.10.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “Əgər, vətəndaş gəlib vaxt itirmədən, heç bir rüşvətə yol verilmədən istədiyi sənədi ala bilirsə, bu dövlətə olan inamı artırır, dövlətin gücünü göstərir”

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər barədə çıxış edən ölkə başçısı bir sıra mövcud problemlərə də toxunub.
Prezident yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlər həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan edib. Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilib ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar. Bu istiqamətdə görülən tədbirdən sonra qəbul edilmiş qərarlar və atılan addımlar əyani şəkildə sübut etdi ki, Prezident ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcək.
Bu gün ölkə vətəndaşları, ziyalılar, tanınmış şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və s. dövlət başçısının qətiyyətini və atdığı addımları alqışlayırlar.

“Sahibkarlığa dəstək müsbət
qarşılanır”


İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı bildirdi ki, Prezidentin kiçik və orta sahibkarlığa dəstəyi hamı kimi bizim tərəfimizdən də müsbət qarşılanır: “Uzun müddətdir ki, Azərbaycanda sahibkarlığın inkişafına mane olan bir qrup formalaşmışdı. Azərbaycanın iqtisadi, xüsusilə də regionların inkişafına maneə yaradırdı. Ən azı kiçik və orta müəssisələrin açılması yeni iş yerləri, büdcəyə vergi ödənməsi deməkdir. Bu baxımdan ölkə başçısının bilavasitə irəli sürdüyü məsələ, onun siyasi iradəsi vətəndaşlar tərəfindən dəstəklənir. Bu sahədə daha qətiyyətli addımlar atılarsa, ölkədə tezliklə mövcud olan bir sıra problemlər, xüsusilə də işsizliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər”.
Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasına gəldikdə isə M.Zülfüqarlı bildirdi ki, MTN-də Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan şəxslərin əməllərində olan nöqsanlar bağışlanmaz səhvlərdir: “Çünki elə qurum var ki, onun etdiyi hansısa səhvlər Azərbaycanın dövlətçiliyinə güclü zərbə ola bilməz. Ancaq MTN- də olan işçilərin məsuliyyətsizliyi ilə bağlı baş verən qanun pozuntuları dövlətçiliyimizin zəifləməsinə hesablanıb. Adətən bunu xarici ölkə kəşfiyyatları edirlər. Bizdə isə bilavasitə bu işə məsul şəxslərin etməsi təəssüf doğurur. Prezidentin qətiyyətli addımı nəticəsində bunun qarşısının alınması müsbət qiymətləndirilir. Gələcəkdə də Azərbaycan dövlətinin strateji vəzifələrinə, dövlətə, xalqa, millətə sədaqətli insanların seçilib vəzifəyə təyin edilməsinə ehtiyac var. Onlar bu torpağa, millətə bağlı olarlarsa gələcəkdə bu cür səhvlərin olması mümkün deyil. Bir daha ölkə başçısının son qərarlarını dəstəkləyirik və bu işlərin davamlı olmasını arzu edirik”.

“ASAN xidmət”in fəaliyyətinin
genişləndirilməsinə ehtiyac var”


Digər bir məsələ ölkə başçısı tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi ilə bağlıdır.
M.Zülfüqarlının sözlərinə görə, “ASAN xidmət” hökumətin yeni strukturudur və özünün müsbət fəaliyyəti ilə əhalinin hörmətini qazanıb: “ASAN xidmət”ə dövlət başçısının xüsusi qayğısı hiss olunur. Yəni əhaliyə xidmət edən digər qurumlar ki var, onların hansısa islahatlarla dəyişilməsi mümkün olmayacağı təqdirdə alternativ qurumların yaradılması ilə onların tədricən aradan qaldırılması prosesi gedir. Bu da bir növ islahatdır. “ASAN xidmət” yeni təfəkkürə malik, idarəçilik metodu ilə vətəndaşları qəbul edən bir qurumdur. Bu qurum inkişaf etdikcə digər qurumlar aradan çıxmalıdır və onların səlahiyyətlərinin “ASAN xidmət” kimi strukturlara verilməsi daha düzgündür. Əgər vətəndaş gəlib vaxt itirmədən, heç bir rüşvətə yol verilmədən istədiyi sənədi ala bilirsə, bu, dövlətə olan inamı artırır, dövlətin gücünü göstərir. Mənə belə gəlir ki, bu kimi strukturların daha da genişləndirilməsinə ehtiyac var və bundan dövlət, millət ancaq qazana bilər”.
O da vurğulandı ki, ölkə başçısının cari ilin 9 ayının yekunları ilə bağlı çıxışını ictimaiyyət izləyib və Prezidentin fikirlərindən də aydın olur ki, bürokratik əngəllər, lisenziyaların sayının çox olması və digər amillər problemlərin olduğunu göstərir: “ Prezidentin son sərəncamları da həmin problemlərin həllinə yönəlmiş sərəncamlardır. Fikrimcə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün əsaslı tədbirlər həyata keçirilməlidir. Doğrudur, birinci sahibkarlıq önəmlidir. Ancaq insan haqlarının pozulması ilə bağlı rastlaşdığımız bir sıra dövlət qurumları var ki, onların da işinin yenidən qurulmasına ehtiyac var. Sahibkarlıq sahəsində yoxlamaların iki il müddətinə dayandırılmasına gəldikdə isə bu, birbaşa ölkə başçısının iradəsi ilə həyata keçirildiyi üçün, sözsüz ki, müsbət rol oynayacaq. Bürokratik əngəllər, çoxlu sayda yoxlamalarla məşğul olan məmurlar ölkə başçısının qərarlarına görə geri çəkiləcək. Çalışmaq lazımdır ki, qanunvericilikdə olan digər məsələləri bəhanə edib bir daha sahibkarı sıxışdırmasınlar. Sahibkarlığın inkişafı büdcəyə əlavə vəsaitin cəlb olunması deməkdir. Ancaq bu məsələlərdən bəhrələnən məmurları xüsusi nəzarətdə saxlamaq lazımdır ki, digər məsələlərdən sui- istifadə edib yenidən təzyiq tədbirləri görməsinlər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info