Kamal Abdullayev Bahçeşehir Universitetində mühazirə oxuyub
Tarix: 22.10.2015 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Türkiyənin Bahçeşehir Universitetində mühazirə oxuyub. Dövlət müşaviri universitetdə təhsil alan yerli və xarici tələbələr qarşısında “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda çıxış edib.
K. Abdullayev dinləyicilərə Azərbaycandakı tolerant və multikultural mühit, burada yaşayan azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin unikal modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin mədəni-mənəvi, siyasi və hüquqi əsasları haqqında ətraflı informasiya verib.
Dövlət müşaviri Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından söhbət açarkən bütün dünyanın mədəni irsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək həyata keçirilən tədbirlərdən söhbət açıb.
Səfər zamanı dünyanın nüfuzlu universitetləri sırasında yer alan Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüşən dövlət müşaviri gələcəkdə Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği ilə bağlı işlərdə bu təhsil ocağının yaxından iştirakı müzakirə olunub və universitet rəhbərliyi yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin burada tədrisinə başlamaq istəklərini və bu istiqamətdə reallaşdırılacaq bütün tədbirlərdə yaxından iştirak etmək niyyətlərini bildiriblər.
Bundan əlavə dövlət müşaviri Nyu-York Dövlət Universitetinin (SUNY University at Albany) professoru Araş Alaey ilə də görüşüb. Görüşdə Azərbaycan multikulturalizminə maraq göstərən professor Araş Alaey çalışdığı universitetdə də “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin maraqla qarşılanacağını diqqətə çatdırıb, gələcəkdə bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələr quracağını ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info