Argentinada Azərbaycanın turizm sektorunun təşviqi ilə bağlı seminar keçirilib
Tarix: 22.10.2015 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi tərəfindən “Odlar Diyarı Azərbaycan: Minillik Mədəniyyət, Müxtəliflik, Arxitektura, Müasirlik” adlı seminar keçirilib.
Səfirliyin yaydığı məlumata əsasən, seminarın keçirilməsinə Türk Hava Yollarının Argentinadakı nümayəndəliyi təşkilati dəstək verib. Argentina Turizm Nazirliyinin, bu ölkənin aparıcı tur operatorlarının və müvafiq kütləvi informasiya vasitələrinin iştirak etdiyi seminarda məqsəd Azərbaycanın turizm sektorunun təqdimatı və argentinalı turistlərin Azərbaycana cəlb edilməsi olub.
Tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki “Azərbaycanşünaslıq kafedrası”nın əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskez çıxış ediblər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, arxitekturası, mədəni müxtəlifliyi, milli mətbəxi, ölkədə turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, qurulmuş müasir turizm infrastrukturu, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycanı dünyanın müxtəlif istiqamətləri ilə bağlayan uçuşlar, o cümlədən son illərdə Argentinadan Türkiyəyə turist axınının sürətlə artdığını nəzərə alaraq, Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilib.
Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilib, milli mətbəximiz təqdim edilib, habelə Azərbaycanla bağlı turistlər üçün ispan və ingilis dillərində hazırlanmış broşurlar və məlumat kitabçaları paylanıb.
Tədbirin davamı olaraq, yaxın günlərdə Argentinanın aparıcı tur operatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə canlı tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info