Yaponiyanın populyar jurnalı ölkəmizin uğurlarından yazıb
Tarix: 22.10.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Yaponiyanın elit dairələri arasında populyarlığı ilə seçilən “Pavone” jurnalında Azərbaycana həsr olunmuş iki məqalə dərc edilib. Məqalələrdən birincisi “Bakı-2015” Avropa Oyunları” adlanır və cari ilin iyununda Azərbaycan paytaxtında təşkil edilən birinci Avropa Oyunları barədə geniş məlumatı özündə əks etdirir.
Məqalədə qeyd edilir ki, bir çox innovativ idman növünü özündə cəmləşdirən ilk Avropa Oyunlarında 50 ölkədən 6000-dən çox atlet 20 idman növü üzrə yarışıb. Azərbaycan birinci Avropa Oyunlarına layiqincə ev sahibliyi etməklə yanaşı, 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa nail olub. Oyunların təntənəli açılış mərasimi ən son texnologiyalarla təchiz edilən möhtəşəm Bakı Olimpiya Stadionunda keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bütün iştirakçıları ilk Avropa Oyunlarının açılışı münasibətilə təbrik edərək idmançılara uğurlar arzulayıblar.
Müəllif Akira Matsuda bildirir ki, 17 gün davam edən Oyunlarda 16 Olimpiya, 4 qeyri-olimpiya idman növü üzrə yarışlar keçirilib. On altı Olimpiya idman növündən 12-si “Rio-2016” Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradıb.
Möhtəşəm idman bayramı rəngli xoreoqrafiya, heyranedici atəşfəşanlığı özündə cəmləşdirən təntənəli bağlanış mərasimi ilə sona çatıb.
Müəllif vurğulayır ki, “Bakı-2015” birinci Avropa Oyunları qitə və dünya üçün çox maraqlı, cəlbedici, yeni multi-idman yarışı kimi tarixə düşüb.
Jurnalda dərc edilən ikinci məqalə isə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Tokioda təşkil edilmiş rəsmi ziyafətə həsr olunub.
Məqalədə Tokionun “Okura” otelində təşkil edilən tədbirdə Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri, İqtisadi və Maliyyə siyasəti üzrə Dövlət naziri Akira Amari başda olmaqla yapon cəmiyyətinin müxtəlif sahələrini əhatə edən 200-dən artıq qonağın iştirak etdiyi vurğulanır.
Məqalənin müəllifi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin açılış nitqinə diqqət çəkərək son illər böyük uğurlara imza atan ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulayıb. Qeyd edib ki, zəngin təbii ehtiyatlara, füsunkar təbiətə, qonaqpərvər insanlara malik Azərbaycan Yaponiya ilə əməkdaşlığa xüsusi önəm verir və iki dost ölkə arasında əlaqələr sürətlə inkişaf edir.AZƏRTAC
Hər iki yazının müəllifi olan Akira Matsuda məqaləni bu fikirlə tamamlayır: “Siyasi cəhətdən sabit və təhlükəsiz olan bu ölkənin turist mərkəzlərinə səfər etmək mənim ən böyük arzuma çevrilib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir
16.01.2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində operativ qərargah yaradılıb
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info