Muxtar respublikada istehsal sahələrinin sayı artır
Tarix: 22.10.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafının təmin olunması, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması, bu sahəyə dövlətin maliyyə dəstəyi, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması yeni istehsal və xidmət sahələrinin, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılmasına şərait yaradıb.
AZƏRTAC xəbər verir ki, aparılan uğurlu islahatlar nəticəsində sənaye məhsulunun həcmi ilbəil artıb, muxtar respublikada istehsal olunan sənaye məhsulunda özəl sektorun payı 93 faizi ötüb.
Son illər yaradılan müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib. Xammal və hazır məhsulların ağırtonnajlı yük avtomobilləri ilə daşınması üçün daha əlverişli yerdə – Naxçıvan dairəvi avtomobil yolunun kənarında müəssisə üçün 15 min kvadratmetr torpaq sahəsi ayrılıb. 2013-cü ilin may ayından inşaat işlərinə başlanılıb, əraziyə elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib.
İnşaat işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün müəssisəyə təcrübəli mütəxəssislər cəlb edilib, 3 istehsal sahəsi, ayrı-ayrı iş otaqları və sərgi-satış salonu olan inzibati bina, iaşə xidməti göstərilməsi üçün yeməkxana istifadəyə verilib.
Layihəyə uyğun olaraq, laminat-mətbəx dəzgahı, PVC akrilik parlaq panellər və melamin örtüklü plitələr istehsal olunması nəzərdə tutulan müəssisədə artıq İtaliyanın “Omma” və “Osoma”, Almaniyanın “İdm”, Türkiyənin “AS Metal” və “Türk makina” şirkətlərinin istehsalı olan və kompyuterləşdirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi avtomatlaşdırılıb. Texnoloji proseslərə və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunan müəssisədə istehsal prosesi konveyer üsulu ilə təşkil olunub, keyfiyyətli məhsul istehsalı üçün əlverişli şərait yaradılıb. Həmçinin müəssisədə havalandırma sistemi qurulub, istehsal prosesi zamanı yaranan tozun və tullantıların kompressorlar vasitəsilə sexdən kənarlaşdırılması və xüsusi bunkerlərə yığılması təmin edilib.
Hər birinin aylıq istehsal gücü 10 min ədəd mebel materialları olan yeni istehsal sahələrində xammal ayrı-ayrı mərhələlərdən keçməklə rəng olaraq 100 çeşiddən çox məhsul istehsal edilir. Əvvəllər muxtar respublikada fəaliyyət göstərən mebel istehsalı müəssisələrinə hazır materiallar xarici ölkələrdən idxal olunub əlavə daşınma xərci çəkilirdisə, bu müəssisənin fəaliyyətə başlaması ilə həmin problemlər aradan qaldırılıb, istehsal müəssisələri vaxtında və keyfiyyətli mebel materialları ilə təmin olunub.
Mebel istehsalı müəssisələrini yüksəkkeyfiyyətli mebel materialları ilə təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Müəssisədə ağac yonqarları lövhələrinin boyanması sahəsi və anbar binalarının layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün 1860 kvadratmetr, anbar binasının inşası üçün isə 1645 kvadratmetr torpaq sahəsi ayrılıb, əraziyə kommunikasiya xətləri çəkilib.
Cari ilin iyul ayından inşasına başlanılan anbar binasında son tamamlama işləri görülür, ətrafında abadlıq işləri aparılır, asfalt-beton örtük salınır. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan anbar binası xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradacaq. Hazırda ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün binanın inşasına hazırlıq işləri görülür.
Müəssisənin fasiləsiz fəaliyyət göstərməsində mühüm rol oynayan xammal və hazır məhsulların vaxtında daşınması da diqqət mərkəzində saxlanılıb, müəssisə “DAF” markalı ağırtonnajlı yük avtomobilləri ilə təmin olunub.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayıb. Hazırda müəssisədə 60 nəfər çalışır. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, buraya da mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, dünyada məşhur olan Almaniyanın “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaqdır. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Mebel materialları istehsal edilən bu müəssisə muxtar respublikada yeganə müəssisədir. Yeni müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır, gələcəkdə xarici ölkələrə ixrac olunması nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info