Daha bir yolda səth suları problemi aradan qaldırılıb
Tarix: 22.10.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq işlər aparılır. Bu işlər çərçivəsində avtomobil yollarının kənarında səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemlərinin qurulması Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında uğurla və yüksək keyfiyyətlə davam etdirilir.
Aparılan kompleks tədbirlər çərçivəsində Heydər Əliyev prospekti, Beynəlxalq Hava Limanı - Mərdəkan - Bilgəh avtomobil yolunun 1-ci kilometrliyində yerləşən nasosxanada 3 ədəd “GRUNDFOS” markalı yeni nasos quraşdırılıb. Məqsəd sözügedən ərazilərdən gələn yağış və yeraltı qrunt sularının “Suraxanı su kanalı”na vurularaq, uzaqlaşdırmaqdır.
Nasosxananın 300 kubmetr yağış sularının toplanması üçün su anbarı mövcuddur. Bura yığılan sular bundan öncə yaxınlıqda yerləşən su anbarına vurulsa da, anbar kiçik olduğundan ərazidə müəyyən problemlər yaranırdı. Belə ki, vurulan qrunt və yağış suları anbardan aşaraq əraziyə yayılırdı.
Problemin köklü şəkildə aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nasosxanadan “Suraxanı Su kanalı”na yeni 3200 metr uzunluğunda və 400 millimetr diametrlik borular çəkilib. Bununla da ərazidə yaranan problemlər tam olaraq aradan qaldırılıb.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin göstərişinə əsasən, nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə şəxsən Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında “Azəryolservis” ASC tərəfindən bu istiqamətdə işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə digər ərazilərdə də davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info