Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tələbələrlə görüşüb
Tarix: 22.10.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə muxtar respublikada fəaliyyət göstərən müxtəlif nazirlik və təşkilatların nümayəndələri Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisaslarının tələbələri ilə görüşlər keçirir. Növbəti görüş Naxçıvan Muxtar Respublikası Prokurorluğu əməkdaşlarının universitetin hüquqşünaslıq ixtisasının IV kurs tələbələri ilə olub. Tədbiri universitetin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev açaraq ümummilli lider Heyder Əliyevin təhsil strategiyasının ölkədə, o cümlədən muxtar respublikda uğurlu davamının real nəticələrindən danışıb. Dekan vurğulayıb ki, sözügedən sərəncam muxtar respublikada layiqli kadr potensialı yetişdirilməsində, onların təcrübi biliklərinin artırılmasında, yüksək intellektli mütəxəssislərin müəyyənləşdirilib gələcəkdə iş yerləri ilə təmin olunmasında mühüm rol oynayacaq. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kadrlar şöbəsinin rəisi, baş ədliyyə müşaviri Zəfər Mahmudov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilin çoxcəhətli inkişafı, dünya səviyyəsinə yüksəldilməsi, xüsusilə də milli ali hüquq təhsilinin formalaşması istiqamətində müstəsna xidmətlərindən danışıb. Baş ədliyyə müşaviri bu sahədə muxtar respublikada da mühüm tədbirlər həyata keçirildiyini, 2015-ci il 27 iyul tarixli Sərəncamın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun sərəncamın icrası ilə əlaqədar 2015-ci ildə görüləcək işlərə dair tədbirlər planı təsdiq olunub. Tədbirlər planında hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün seminar məşğələlərin keçirilməsi, onların prokurorluqda istintaq olunan cinayət işləri üzrə ayrı-ayrı istintaq hərəkətlərinin aparılmasında iştirakını və kriminalistik texnikanın mövcud imkanlarından səmərəli istifadəsini, dövlət ittihamçıları ilə birgə dövlət ittihamının müdafiəsi sahəsi üzrə məhkəmələrdə iştirakını, prokurorluğun imtahan-informasiya sistemində nəzəri bilik səviyyələrinin kompüter vasitəsilə yoxlanmasını, gələcəkdə prokurorluq orqanlarında işləmək arzusunda olan tələbələrdə prokurorluq orqanlarına müvafiq qaydada işə qəbulla bağlı hüquqi bazanın formalaşdırılmasını təmin etmək, habelə gələcək hüquqşünasların Naxçıvan Muxtar Respublikası Prokurorluğunun kitabxanasından və qanunvericilik bazası sistemindən istifadə etmələri, istehsalat təcrübələri keçmələri üçün lazımi şərait yaradılması nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikası Prokurorluğu Hüquqi təminat və informasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Faiq Səfərov tələbələrə prokurorluğun fəaliyyət istiqamətləri və fəaliyyətinin əsas prinsipləri barədə çıxış edərək qeyd edib ki, təmsil etdiyi qurum da fəaliyyətini qanunçuluq, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma və digər əsas prinsiplər üzərində qurub. Çıxışda prokurorluğun fəaliyyətinə müdaxilənin və prokurorluğa hörmətsizlik göstərilməsinin yolverilməzliyi, prokurorluğun sistemi və təşkili, prokurorluq orqanlarının fəaliyyəti, prokurorluqda ərizə, şikayət və müraciətlərə baxılması, prokuror aktlarının tərtibi barədə məlumat verilib. Görüş ali təhsil ocağı ilə mütəmadi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirəsi ilə yekunlaşıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info