“Münaqişə tərəfi Azərbaycan : Həqiqətlər və Reallıq“ layihəsi davam edir
Tarix: 22.10.2015 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Ölkəmizdə səfərdə olan jurnalist nümayəndələr üçün bu gün səhər saatlarında Xarici İşlər Nazirliyində Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüş təyin olunub. Hikmət Hacıyev jurnalistlərlə Qarabağ mövzusunda ətraflı söhbət edib, bu mövzuda Azərbaycanın mövqeyi, problemin həlli yolları ətraflı şəkildə müzakirəyə çıxarılıb.
Proqrama uyğun olaraq jurnalistlər daha sonra şəhər gəzintisinə çıxıblar. Gəzinti zamanı “Qız Qalası” kimi Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsinə, “İçəri Şəhər” qədim qala divarlarına olan kiçik səyahətdən qonaqlarımız razı qalıb.
Növbəti səfər isə “Heydər Əliyev Mərkəzi” –ndə baş tutmuşdur. Səfər zamanı jurnalistlərə binanın layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadidin həyat və yaradıcılığı haqqında qısa məlumat verilib. Heydər Əliyev Mərkəzinin arxitektura incəliklərinin, dizaynının, xarici və daxili görünüşünün bir-birini tamamladığı, öz aurası ilə diqqət çəkdiyi qonaqlarımız tərəfindən qeyd olunub. Mərkəzdə təşkil olunan tədbirlər, sərgilər haqqında da qonaqlar məlumat əldə ediblər. Azərbaycanın mədəniyyəti, tarixi haqqında verilən məlumatlar tariximizin dəyərli olduğunu bir daha sübut edir.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info