Şagirdlərə tullantı materiallarından əl işləri düzəltmək öyrədilir
Tarix: 22.10.2015 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Oktyabrın 22-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbdə şagirdlərə ustad dərsləri keçirilib.
Ustad dərslərinin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasının və istifadəsinin mümkünlüyünün təbliğ edilməsidir.
Ümumiyyətlə, maarifləndirmə işləri çərçivəsində mütəmadi olaraq Qala qəsəbəsində yerləşən bağça və məktəblərdə mütəxəssislər uşaqlara tullantılar, onları azaltmaq və təkrar istifadə etmək barədə praktik təlimlər keçirilir.
Qeyd edək ki, “Təmiz Qala” layihəsi Qala qəsəbəsində bərk məişət tullantılarının toplanması, daşınması və utilizasiyası üzrə həyata keçirilən nümunəvi pilot layihədir. Belə ki, qəsəbədə tullantılar 2 fərqli konteynerlərdə – qida qalıqları yaşıl rəngli, qeyri-qida tullantıları isə göy rəngli konteynerlərdə toplanır və uyğun rəngdəki fərqli avtomobillərlə daşınır. Bu da çeşidləmə prosesi zamanı təkrar emala yararlı tullantıların ümumi kütlədən ayrılması dərəcəsini xeyli yüksəldir. Qala qəsəbəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün tullantı daşıyan maşınlara GPS qurğuları quraşdırılmış və daim nəzarət edilir. Vaxta və xərclərə qənaət etmək üçün xüsusi hazırlanmış proqram təminatı hər bir maşın üçün optimal marşrut müəyyən edir və məlumatlar sürücünün planşetinə yönləndirilir. Həmçinin, qaynar xətt vasitəsi ilə sakinlərin irad, şikayət və təklifləri qeydə alınır və araşdırılaraq müvafiq tədbirlər görülür.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info