Diaqnostik qiymətləndirməyə hansı müəllimlər cəlb olunacaq?
Tarix: 22.10.2015 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə hansı kateqoriyadan olan müəllimlərin cəlb olunacağını açıqlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunacaqlar.
Qeyd edək ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı birinci imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
4-7 dekabr tarixlərində Sabirabad Olimpiya İdman Kompleksində İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, 11-12 dekabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmazdan olan müəllimlər üçün, 16-20 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər üçün, 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info