“Fransa parlamenti də Əsədlə danışıqların tərəfdarıdır”
Tarix: 23.10.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Deputat Jak Miyar: “Suriya böhranını həll etmək üçün bəzi ölkələr “İŞİD”-i silahla təmin etməyi dayandırmalıdır”
Suriyada baş verənlər dünyanın bir çox tanınmış siyasətçilərinin diqqət mərkəzindədir. Avropanın da bir çox açıq fikirli ziyalıları bu böhranın həllinə öz töhfəsini vermək istəyirlər.
Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının üzvü, deputat Jak Miyar Suriyada yaranmış böhranı aradan qaldırmaq üçün münaqişənin bütün tərəflərinin, o cümlədən Bəşər Əsədin də bu danışıqlara cəlb edilməsinin tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, Fransa parlamentinin bir çox deputatı Suriyadakı vəziyyətlə bağlı bu ölkə lideri Bəşər Əsədlə danışıqlara başlamağın tərəfdarıdır. Fransanın Respublikaçılar Partiyasını təmsil edən Jak Miyar bu fikirlərini “RT” saytına verdiyi açıqlamada bildirib. Suriya liderinin Moskvada rusiyalı həmkarı ilə məlum görüşünü şərh edən Jak Miyar belə bir görüşün Fransa prezidenti Fransua Ollandla mümkünlüyünün çətin olduğunu bildirib. Lakin bununla belə, o, Suriya məsələsində siyasi həllə nail olmaq üçün Bəşər Əsədlə də hesablaşmağın vacibliyini bildirib: “Doğrudur, bu gün bu məsələlərdə Fransanın təklifi o qədər də zəif deyil. Mən bunu həm sağ, həm də solçu millət vəkilləri adından bəyan edirəm. Bütün bunlarla yanaşı, əminəm ki, Fransa parlamentində Suriyadakı vəziyyəti düzgün qiymətləndirən xeyli sayda deputat Fransa hökumətinin mövcud Əsəd hökuməti ilə danışıqlara getməsinin tərəfdarıdır. Jak Miyar bir daha Suriya böhranının həllində bütün tərəflərin, o cümlədən Bəşər Əsədin iştirakını vacib sayaraq hesab edir ki, bunun üçün bəzi ölkələr “İŞİD”-i silahla təmin etməyi dayandırmalıdırlar. Miyar Rusiyanı örnək bir dövlət kimi təqdim edərək, bu dövlətin Suriya məsələsində siyasi həll kimi Bəşər Əsədlə yaxınlaşmanı bariz nümunə kimi göstərir: “Təbii ki, hazırkı rejim Dəməşqdə əbədi olaraq qalmayacaq. Aydındır ki, hər şey dəyişdirilə bilər. Əsədin Moskva səfəri də ölkəsində yaranmış siyasi həllə ehtiyac üçün uyğundur. Buna görə də, mən hər şeyin yaxşılıqla sonuclanacağına inanıram”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info