“Yoxlamaların iki illik dayandırılması dövlətin etimad limitidir”
Tarix: 23.10.2015 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi tədbirlər görüləcək

Sahibkarlığın inkişafı, əlverişli biznes mühitin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur.
Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi sosial-iqtisadi tərəqqinin hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Bunun nəticəsidir ki, ölkədə iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarlığın inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilir. Son günlər dövlət tərəfindən bu istiqamətdə daha təkmil işlər görülməkdədir. Qeyd edək ki, Prezident İlham Əliyev son müşavirəsində sahibkarların işlərinə müdaxilə edilməsi, onlardan rüşvət alınması və lazımsız lisenziyaların olmasını vurğulayıb. Həmin müşavirədən dərhal sonra artıq ilkin addımlar atılmağa başlanıb. Sahibkarlar barəsində ən çox şikayət olan MTN-nin rəhbəri vəzifəsindən azad olunub. Üstəlik bu prosesdə iştirak edən 7 nəfər yüksək rütbəli MTN zabiti məsuliyyətə cəlb edilib. Həmçinin Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bu, sahibkarlığın inkişafından yeni mərhələnin yaranmasına işarədir.
Yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq, biznes sahəsinin genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına stimul olacaq. Bütün bu addımlar onu göstərir ki, ölkənin siyasi rəhbərliyinin korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.
Bütün bunlar ekspertlər tərəfindən də müsbət qarşılanır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov bizimlə söhbətində dedi ki, yoxlamaların tənzimlənməsi vacib şərtdir: “Amma tam yoxlamasız da mümkün deyil. Dünyada yoxlayıcı orqanlar var. Nəzarət olmasa əks proses baş verər: sahibkarlar, iş adamları qanunsuzluğa başlayarlar. Hər halda bunun bir orta qızıl xəttini tapmaq lazımdır. Bu iki il moratoriumdur. Yəqin ki, bu iki ildə tədqiqatlar aparılacaq. Paralel olaraq işəgötürənlərin də məsuliyyəti, vergi və cərimələr artır. Yəni bu, o demək deyil ki, sahibkarlar bundan sonra nə istəyirlər etsinlər. Prezident son müşavirədə dedi ki, sahibkarların bir vəzifəsi var, o da vergi verməkdir. Yəni sahibkarlar vergini ödəsələr, istehsal etdikləri məhsul keyfiyyətli olsa, işçiləri ilə əmək müqaviləsi bağlasalar, ümumiyyətlə, qanunvericiliyə əməl etsələr yaxşıdır. Etməsələr onda qanun daha sərt tətbiq olunacaq”.
Sahib Məmmədov bildirdi ki, sahibkar xərcini, borcunu əvvəlcədən bilməlidir: “Sahibkar haradansa mal gətirirsə, o bilməlidir nə qədər rüsum ödəyəcək və mal ona neçəyə başa gələcək. Çünki qanunsuz yoxlama və yığımlara görə sahibkar bunun hesabını apara bilmir. Bəlli olur ki, hüquq-mühafizə orqanları bəzən səlahiyyətləri olmadan yoxlamalar aparıblar, qanunsuz hərəkətlərlə yol veriblər. Bu baxımdan qərarların verilməsi çox müsbətdir. Xüsusən lisenziyalaşma məsələsində, nəhayət, problem birdəfəlik həll olundu. Bu işlər bir məkəzi orqan- “ASAN xidmət” üzərindən aparılacaq. Bu da o deməkdir ki, artıq burada korrupsiya aradan qalxır. Amma bununla yanaşı olaraq Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Haqsız rəqabət aradan qalxmalıdır. İdxal-ixrac əməliyyatlarında bərabər hüquqlar təmin olunmalıdır”. Onun sözlərinə görə yoxlamaların iki illik dayandırılması dövlət-sahibkar münasibətlərinə effektiv təsir göstərəcək: “Dövlətlə sahibkarın münasibətlərində əsas məsələ odur ki, dövlət sahibkara münbit şərait yaratmalıdır, sahibkar da vergisini ödəməlidir. Həmçinin keyfiyyətli məhsul istehsal etməlidir. Qarşılıqlı münasibətlərdə etibarın önə keçməsi vacib məsələdir. İdeal mühit budur: sahibkar əmindir ki, dövlət ona kömək etmək istəyir, dövlət də əmindir ki, sahibkar onu aldatmır. Bunları tam bərqərar etmək mümkün deyil. Amma etimad limiti artmalıdır. Prezidentin son aktları, məsələn, yoxlamaların iki illik dayandırılması dövlətin etimad limitidir. Sahibkarlar bundan nəticə çıxarmalıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info