Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi “Günəşli gün” aksiyasında iştirak edib
Tarix: 23.10.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi “Günəşli gün” xeyriyyə aksiyasında iştirak edib.
Heydər Əliyev Fondundan verilən xəbərə görə, “Günəşli gün” N.N.Bloxin adına Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunda müalicə olunmuş və olduqca ağır onkoloji xəstəliyə qalib gəlmiş uşaqlar üçün bayramdır. Tədbirdə təxminən 200 uşaq və 70 həkim iştirak edib.
Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Məmmədbağır Əliyev bayram tədbirini açaraq qeyd edib ki, onkoloji mərkəzdə ildə 2000-dən çox uşaq, o cümlədən Azərbaycandan olan uşaqlar müayinə olunurlar. M.Əliyevin sözlərinə görə, bədxassəli şişi olan uşaqların 80 faizi sağalır. O, Heydər Əliyev Fonduna və Rusiya Beynəlxalq Proqramlar Müdiriyyətinə uşaq onkoloji mərkəzə göstərilən dəstəyə görə təşəkkür edib. M.Əliyev deyib: “Belə tədbirlər müalicə alan pasiyentlərin psixoloji reabilitasiyasına kömək edir. Daha vacibi isə müalicədə olanları dəstəkləməkdir”.
Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru Tatyana Şumova vurğulayıb ki, “Günəşli gün” bayramının əsas ideyası insanlara şəfa tapmaqda inam və onkologiyanın ölüm hökmü deyil, müalicə edilən xəstəlik olması barədə ümid bəxş etməkdir.
O deyib: “Onkopatologiya keçirmiş uşaqlar böyüyür, normal inkişaf edir, oxuyur və beləliklə valideynlərini sevindirirlər”. T.Şumova, həmçinin Leyla Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə xeyriyyə aksiyasında iştiraka görə təşəkkür edib.
Bu il “Günəşli gün” Moskva Kukla Teatrında keçirilib. Uşaqları şən klounlar – M.N.Rumyantsev (Karandaş) adına Dövlət Sirk və Estrada Sənəti Məktəbinin tələbələri əyləndiriblər.
H.K.Andersenin “Çaxmaq daşı” nağılı əsasında tamaşanın premyerası əsas hədiyyə olub.
Sonda tədbirin təşkilatçıları bütün iştirakçıları şərq şirniyyatlarına qonaq ediblər, onlara xatirə hədiyyələri veriblər

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info