“Onlar ideologiyaya görə yox, pula görə, pul bölgüsü üstə döyüşürlər”
Tarix: 23.10.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


"Yaxın Şərqdəki terror qruplaşmaları ideologiyaya görə yox, gəlir mənbələri naminə döyüşür".
“Gazeta.ru”nun verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin“Valday” beynəlxalq diskussiya klubunun plenar iclasındakı çıxışında deyib.
“Biz hazırda dünyada çoxlu sayda terror təşkilatının olduğunu müşahidə edirik. Bəli, arabir “İŞİD” terrorçuları və “Əl Qaidə”nin cürbəcür davamçıları bir-biriləri ilə də savaşır, lakin onlar ideologiyaya görə yox, pula görə, pul bölgüsü üstə döyüşürlər”, - deyə Putin qeyd edib.
“Mahiyyət və üsul isə birdir - terror, qətllər, insanları qorxudulmuş, məzlum, itaətli kütləyə çevirmək”, - deyə prezident əlavə edib.
O, Rusiyanın İraq ərazisində “İŞİD”ə qarşı mübarizə aparmağı planlaşdırmadığını da deyib.
“Biz İraq istiqamətində silah-sursat tədarük edərək öz töhfəmizi veririk. Bizim əməkdaşlığımız tək silah və hərbi texnikanın tədarükü ilə məhdudlaşmır, biz həmçinin İraq, Rusiya və Suriya nümayəndələrinin birgə yaratdığı Məlumat Mərkəzi üzrə informasiya mübadiləsi də həyata keçiririk. Lakin genişlənməyi planlaşdırmırıq”, - deyə Putin qeyd edib.
Putin həmçinin qeyd edib ki, Bağdad Moskvaya müvafiq xahişlə müraciət etmədiyindən, Rusiyanın belə bir planı yoxdur, ola da bilməz.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Rusiyada “feyk” xəbər yayanlar cərimələnəcəklər
13.12.2018
Ermənilər islahatlar aparmaq üçün pul tapa bilmirlər
13.12.2018
Paşinyan Rusiya- Ermənistan münasibətlərindəki gərginliyi aradan qaldıra bilmir
13.12.2018
Paşinyan: Hərbi büdcəni artırmaq lazımdır, amma pul yoxdur
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info