ATƏT-dəki Daimi Nümayəndəliyimiz: “ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”
Tarix: 23.10.2015 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş 1072 saylı iclasında “ATƏT/DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb.
Bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir: “Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil. ATƏT PA seçkiləri müşahidədən imtina edən tərəfdir. Ona görə də yenidən əməkdaşlığa başlamaq barədə çağırış bizə deyil, assambleyanın əməkdaşlıqdan imtina edən nümayəndələrinə ünvanlanmalıdır. Biz dəvətimizdən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”, - deyə bəyanatda vurğulanır.
Sənəddə deyilir ki, ABŞ-ın ATƏT-dəki səfirinin Azərbaycan tərəfindən yuxarıda qeyd olunan məsələnin qaldırılmasının qanuni qüvvəyə malik olmadığının bildirilməsi qeyri-konstruktiv yanaşmadır: “Şura formal orqandır, lakin biz hələ də müəyyən məsələni qaldıra bilərik. Direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. ATƏT-ə üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, DTİHB məsləhətləşmələr aparmalı idi. Lakin o, bunu etməyib və özbaşına qərar qəbul edib. Biz rəqəmləri, metodologiyanı, məhdudiyyətləri və digər məsələləri bir kənara qoyuruq. Biz mandatın pozulması ilə bağlı məsələ qaldırırıq. Həmçinin məlumat almışıq ki, müvafiq qərar qəbul edilməzdən öncə DTİHB Sədrliklə bu barədə məsləhətləşmə aparıb. Lakin biz Sədrlikdən bu qərarın qəbul edilməsindən öncə məsləhətləşmələr aparılıb-aparılmadığı barədə cavab almamışıq. Nəhayət, biz DTİHB-nin ATƏT-ə üzv dövlətlərin gözləntilərinə əməl etməli olduğuna inanırıq”.
Bəyanatda o da diqqətə çatdırılır ki, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz. Bildirilir ki, Daimi Şura tərəfindən direktor Linkə seçkilərlə bağlı məsələlərlə məşğul olmaq səlahiyyəti verilib. Üzv dövlət tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, o, bu məsələni Şuraya ötürməli idi. Lakin Link bunu etməyib, bu isə mandatın pozulmasıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info