Lyublyanada Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb
Tarix: 23.10.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Lyublyanada alman faşizminə qarşı döyüşmüş Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsi anılıb.
Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin və ölkəmizin Xorvatiyadakı diplomatik korpusunun birgə təşəbbüsü ilə İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyanın azadlığı uğrunda alman – faşizminə qarşı döyüşən Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Diplomatik korpusdan verilən məlumata görə, tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Xorvatiyadakı səfirimiz Kamil Xasiyev, ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Sloveniyanın keçmiş prezidenti Milan Kuçan, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç, Nova Qoritsa şəhərinin Meri Matey Arçon, Nova Qoritsa şəhərinin yerli deputatları və Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri iştirak ediblər.
Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevin verdiyi məlumata görə ,anım mərasimində çıxış edən rəsmi şəxslər,ikinci dünya müharibəsi zamanı Azərbaycanın igid oğul və qızlarının keçmiş Yuqoslaviyanın alman faşizmindən azad edilməsində göstərdikləri qəhrəmanlıq şücaətindən söz açıblar.Tarixin bütün ağır dönəmlərində Azərbaycan xalqının digər xalqlarla çiyin-çiyinə durduğunu xatırlayan natiqlər,1941-45-ci illərdə bütün dünyanı təhdid edən Hitler rejiminə qarşı Azərbaycan,Sloveniya və Xorvatiya partizanlarının apardıqları rəşadətli döyüş yolunun gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıblar.
Sonra tədbirə qatılanlar ikinci dünya müharibəsi zamanı keçmiş Yuqoslaviynın azadlığı uğrunda IX-cu korpusun tərkibində alman faşizminə qarşı döyüşən Azərbaycan,Sloveniya , Xorvatiya döyüşçülərinin dəfn edildiyi memorial kompleksin və əfsanəfi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo)xatirə muzeyinin önünə tər çiçəklər qoyaraq onların xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin xatirəsinə sönməz hörmət və ehtiramlarını onun Şempas qəsəbəsində yerləşən xatirə muzeyinin və abidəsinin ətrafına ağaclar əkməklə çatdırıblar .
Tədbir çərçivəsində Azərbaycan ,Sloveniya və Azərbaycan , Xorvatiya dostluq cəmiyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info