Allahşükür Paşazadə Başqırdıstanın rəhbəri ilə görüşüb
Tarix: 23.10.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə respublikanın rəhbəri Rüstəm Həmitov ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir vaxtda A. Paşazadə kimi müdrik insanların təcrübə və biliyinə xüsusən böyük ehtiyac duyulduğunu bildirən R. Həmitov Rusiyanın baş müftisi Talqat Tacuddin və şeyxülislam Allahşükür Paşazadə kimi dəyərli dini liderlərin mövcudluğunu Allahın lütfü kimi dəyərləndirib. O, dini maarifləndirmə, gənclərin ənənəvi dəyərlər işığında tərbiyələndirilməsi kimi böyük elm və səbr tələb edən sahədə dini liderlərin rolunu yüksək dəyərləndirib. R. Həmitov bildirib ki, Azərbaycanla Başqırdıstan arasında iqtisadi və mədəni-mənəvi sahələrdə əlaqələrin səviyyəsindən razıdır və bu münasibətlərin daha da inkişaf etməsini arzulayır. R. Həmitov ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər etmək niyyətində olduğunu söyləyib.
QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri Allahşükür Paşazadə Başqirdistan Respublikasının başçısı Rüstəm Həmitova qəbul üçün dərin təşəkkürlərini bildirib. Ufa torpağına böyük məmnuniyyətlə gəldiyini deyən QMİ sədri burada keçirilən konfransın işindən, müzakirə olunan məsələlərin aktuallığından söhbət açıb. A. Paşazadə R. Həmitovu Azərbaycanda məmnuniyyətlə gözləyəcəklərini diqqətə çatdırıb.
Görüşün sonunda şeyxülislam R. Həmitova "Qurani-Kərim" və Bakını vəsf edən tablo hədiyyə edib. Baqşırdıstan rəhbəri də öz növbəsində xüsusi xatirə hədiyyəsini QMİ sədrinə təqdim edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info