MTRŞ: “Efirdə ciddi narahatlıq doğuran hallar azalmaq üzrədir”
Tarix: 23.10.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Verilişlərdə, bəzən seriallarda narahatlıq doğuran qeyri-etik ifadələr, qeyri-etik məzmunlu söhbətlər, səhnəciklər aradan qaldırılıb”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
MTRŞ rəsmisi bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi narahatlıq doğuran hallar getdikcə azalmaq üzrədir: “Xırda-para nöqsanlar olur. O nöqsanlarla da bağlı yayımçılara şifahi şəkildə xəbərdarlıq edilir. Yayımçılar nöqsanların olduğu verilişlərin əsasən prodakşnlar tərəfindən hazırlanmasını əsas gətirirlər. Artıq yayımçılara prodakşnlara tövsiyələr vermək tapşırılıb ki, efir üçün hazırlanan materiallarda nöqsanlara yol verilməsin”.

Şöbə müdiri qeyd edib ki, monitorinqlər əvvəlki tempdə davam etdirilir: “Biz konkret verilişlə bağlı yox, ümumiyyətlə efirin tənzimlənməsi ilə bağlı işləri davam etdiririk”.
T. Dadaşov onu da qeyd edib ki, reklamla bağlı qanunvericiliyin tələblərinin pozulması halları da azalıb: “Müəyyən yayımçıların efirində reklamla bağlı nöqsanlar var. Onlar da qısa müddət ərzində bu nöqsanları aradan qaldıracaqlarına söz veriblər. Əvvəllər yayımçıların efirində sponsorların reklamı ilə bağlı çox ciddi nöqsanlar olurdu. Qanunvericiliyin tələbinə görə bir verilişdə sponsorun reklamı 2 dəqiqədən artıq gedə bilməz. Artıq yayımçılar qanunvericiliyin tələblərinə riayət etməyə başlayıblar”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info