Almaniya vətəndaşı Bakıda açıq ürək əməliyyatı olundu
Tarix: 23.10.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Almaniya vətəndaşı Holger Zimmerman (1969-cu il təvəllüdlü) Bakıdakı Mərkəzi Klinik Xəstəxanada açıq ürək əməliyyatı olunub.
Klinikadan bildirilib ki, aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində xəstəyə kəskin miokard infarktı, II tip şəkərli diabet diaqnozu qoyularaq açıq ürək əməliyyatı (aorta-koronar şuntlama) məsləhət görülüb.
Cərrahiyyə əməliyyatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən aparılıb. Əməliyyat uğurla başa çatıb. Ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki ikigünlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə-palataya köçürülüb.
Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını qurtardıqları üçün minnətdarlığını bildirir.
Beynəlxalq dərəcəli sığortaya sahib olan alman vətəndaşının Mərkəzi Klinik Xəstəxanada uğurlu açıq ürək əməliyyatı olunması ölkəmizdə ürək-damar cərrahiyyəsinin və ümumiyyətlə səhiyyənin inkişafının ən bariz göstəricisidir. Artıq öz vətəndaşlarımızla yanaşı, xarici ölkələrin vətəndaşları və beynəlxalq sığorta şirkətləri də azərbaycanlı həkimlərə öz sağlamlıqlarını əminliklə etibar edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info