Füzuli rayonunda iri fermer təsərrüfatı yaradılır
Tarix: 23.10.2015 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Füzuli rayonunda iri fermer təsərrüfatı yaradılır. Belə ki, rayonun Haramı ərazisində 5000 baş ətlik və südlük istiqamətində heyvandarlıq kompleksinin və sutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Horadiz şəhərində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin məruzəsində bildirilib ki, hesabat dövründə rayonda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanılıb, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra tədbirlərin icrasına başlanılıb, tikinti-quruculuq işləri davam etdirilib.
Məlumat verilib ki, ötən doqquz ayda Füzuli rayonunda ümumi məhsul buraxılışının həcmi 113.965.3 min manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Ümumi məhsul buraxılışının 7.438.4 min manatı sənaye müəssisələrinin, 73.444.5 min manatı kənd təsərrüfatının, 2.162.8 min manatı tikinti-quraşdırma işlərinin payına düşür.
Hesabat dövründə Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində uşaq bağçası istifadəyə verilib. Hazırda Horadiz şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, rayon statistika idarəsi və kənd təsərrüfatı idarəsi üçün inzibati binaların tikintisi davam edir. Əhmədbəyli kəndində kənd xəstəxanasının tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə rayon ərazisində 400 ailəlik yeni qəsəbənin tikintisinə başlanılacaq. Qarşıdakı aylarda rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, “Qayıdış” qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması və əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq beşinci ildir ki, Füzulidə 100 min tondan çox taxıl istehsal olunur. Füzuli taxılçıları bu il 32,8 min hektar sahədən 111,2 min ton taxıl əldə ediblər. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə bu il rayon ərazisində 13 subartezian quyusu qazılıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, xidmət sahələrində görülmüş işlər təhlil olunub, uğurlarla yanaşı, mövcud problem və çatışmazlıqlar da göstərilib, qarşıda duran vəzifələr müəyyən edilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info