“İŞID” İslam mədəniyyətini yox etmək üçün İslam düşmənləri tərəfindən yaradılmış bir törəmədir”
Tarix: 23.10.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“Bu gün dünyanın müxtəlif regionlarında müsəlmanları ekstremist, fundamentalist kimi qələmə vermək cəhdlərinin davam etməsi bizi dərindən narahat edir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində “XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri” mövzusunda keçirilən VIII Beynəlxalq elmi-praktik konfransda çıxışı zaman deyib.
A.Paşazadə vurğulayıb ki, İslamın mahiyyəti qərəzli şəkildə təhrif edilir: “Biz guya din uğrunda vuruşan “İŞID” və ona bənzər terrorist təşkilatları, təkfirçiləri, İslamı öz üzdəniraq məqsədləri üçün alət etməyə çalışan bütün qüvvələri qətiyyətlə pisləyirik. Birmənalı deməliyəm: “İŞID” müsəlman aləmini içəridən parçalamaq, Yaxın və Orta Şərqin tarixi mirasını, İslam mədəniyyətini yox etmək üçün İslam düşmənləri tərəfindən yaradılmış bir törəmədir. Bu gün biz bəzi Avropa dövlətlərində öz vətənlərinin daxili işlərinə kobud müdaxilələr nəticəsində yurdlarını tərk etməyə məcbur qalan mühacirlərə qarşı nümayiş etdirilən qeyri-humanist münasibətinin şahidi oluruq”.
QMİ sədri bildirib ki, bu gün bəzi xarici və daxili qüvvələrin dini fanatizmi, ekstremizmi yaymaq cəhdlərinə, onların istilaçı planlarına, fiziki və mənəvi təcavüzlərinə qarşı durmaq, terrorçuların növbəti hədəf olaraq gördükləri məkanımızda istiqrarı sarsıtmağa yönəldilmiş planlarını önləyici tədbirlərlə pozmaq olduqca mühümdür: “Bu baxımdan biz Rusiyanın beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizəni, “İslam dövləti” adı altında çıxış edən, lakin öz əməlləri ilə İslam dinimizə ləkə gətirməyə, İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq, vandalizmlə eyniləşdirməyə çalışan bu şər qüvvəyə qarşı atdığı addımları dəstəkləyirik. Mən əminəm ki, ekstremizmə, radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini müəssisələrin birgə səyləri ilə qarşı durmaq mümkündür. Bütün bunların bizim məkanımızdakı sülhə xələl gətirməsi bizi narahat etməyə bilməz. Bununla əlaqədar mən Sovet dövlətinin dağılmasına yol açan konfliktləri, bütün postsovet məkanında millətlərarası qarşıdurmaları, o cümlədən, Qarabağ qarşıdurmasını yada salmaya bilmərəm. Biz hesab edirik ki, bizim məkanda mövcud olan bütün konfliktlər sülh yolu ilə, beynəlxalq hüquq prinsipləri və normaları əsasında həll olunmalıdır”.
A.Paşazadə qeyd edib ki, son illər ərzində MDB dövlətlərində dini xadimlərin sırasına öz müsəlman həmvətənlərini qayğılandıran müxtəlif məsələlərlə bağlı xalqlarımızın mənafelərinə cavab verən fətvalar verməyə qadir olan yüksək təhsilli xadimlər qoşulublar: “Biz yad yerlərdən, xaricdən gələn fətva və möizələri qəbul etmirik. Başlıca vəzifəmiz hər bir müsəlmanın qəlbinə yol tapıb İslam dininin həqiqi dəyərlərini bərqərar etməkdən ibarətdir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info