Səlim Müslümov Şamaxıda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edib
Tarix: 23.10.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxı rayonunda bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən məşğulluğun və əmək hüquqlarının təminatı, mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanma, bərpa müalicəsi və reabilitasiya vasitələri, əlil arabası, sanator-kurort yollayışı ilə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, bir sıra vətəndaşlara müraciətləri ilə bağlı hüquqi izahatlar verilib. S.Müslümovun göstərişinə əsasən müraciətlərin bir qismi elə yerindəcə həll olunub, o cümlədən bir sıra vətəndaşlara münasib iş yerlərinə göndərişlər verilib, qəbula gələn bir nəfər əlilliyi olan şəxs müraciətinə uyğun olaraq əlil arabası ilə təmin olunub. S.Müslümov ayrı-ayrı vətəndaşların müalicəsinə köməklik göstərilməsi, sanator-kurort yollayışı ilə təmin olunmaları və s. barədə tapşırıqlar verib: “Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara diqqət və qayğısı həmin şəxslərlə bağlı bütün proqramların icrasının yüksələn xətlə davam etdirilməsinə şərait yaradıb. Bunun daha bir ifadəsi kimi, cari ilin 9 ayında “2015-ci il ücün əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı cərcivəsində tədbirlərə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 % çox, o cümlədən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müalicəsinə köməklik üçün 77,3% çox, onların cəmiyyətə inteqrasiyası və onlar üçün bərabər imkanların yaradılması layihələrinə 2,6 dəfə çox, belə insanların xarici ölkələrdə reabilitasiyasına şərait yaradılmasına 9,8% çox, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə 50%-dən çox vəsait yönəldilib”.
Mənzil və minik avtomobili ilə təmin olunmaqla bağlı müraciətləri cavablandırarkən S.Müslümov müharibə əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərdən inşası yekunlaşan evlərin, hazır yaşayış binalarından alınmış və təmiri başa çatan mənzillərin istifadəyə verilməyə başlandığını, bu ilin ötən dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsinə yeni mənzilin təqdim edildiyini bildirib: “Bakıda və bir sıra bölgələrdə çoxmənzilli yaşayış binaları da inşa olunur. Hazırda sakinlərini qəbul etdiyimiz Şamaxı rayonunda da müharibə əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası və 1 fərdi ev tikilir. Eyni zamanda Qobustan rayonunda 3, İsmayıllı rayonunda 3, Ağsu rayonunda 10, Göyçay rayonunda 3 fərdi ev inşa edilir”.
Nazir qeyd edib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təkcə son bir ayda 300 minik avtomobili verilib və yaxın günlərdə daha 100 avtomobil onlara təqdim olunacaq: “Minik avtomobili üçün növbəyə dayanmaqdan ötrü müvafiq tibbi göstəriş olmalıdır. Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edən 1219 nəfər imtiyazlı şəxs ciddi şəkildə müayinə edildikdən sonra onlardan yalnız 32,2 faizinə, yəni 393 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərarlar qəbul edilib və onlar növbəyə götürülüb”.
Qəbul zamanı vətəndaşlar müharibə əlilləri və şəhid ailələri üçün yeni mənzillərin inşa olunmasına, imtiyazlı şəxslərin minik avtomobilləri təminatına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Qəbula gələn ayrı-ayrı şəxslərin müraciətləri nazirliyin fəaliyyət sahələrinə aid olmadığından həmin müraciətlər aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info