Gəncə və Mingəçevirdə müharibə əlili və şəhid ailələri yeni mənzillərlə təmin edildi
Tarix: 23.10.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Onlardan 6 ədədi Gəncə şəhərində, 3 ədədi isə Mingəçevir şəhərində qeyd olunan şəxslərə təqdim olunub. Ailə üzvlərinin sayına görə hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.
Mənzillərin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsinin, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının bu sahədə mühüm irəliləyişə şərait yaratdığını vurğulayan nazir müavini Sərəncamın icrası işlərinin nazirlik tərəfindən uğurla yerinə yetirildiyini bildirib: “Respublikanın bölgələrində inşa etdirilmiş 375 fərdi yaşayış evlərindən inşası başa çatmış 41 ev və respublikanın şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, yəni 100-ə yaxın mənzil artıq son iki həftədə istifadəyə verilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin tikintisi, hazır yaşayış binalarından yeni mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi, Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binalarının inşası işləri uğurla davam etdirilir”.
İ.Rəhimov müharibə əlilləri və şəhid ailələrinin Prezident təqaüdü və sosial müavinətlərlə təminatının da mütəmadi olaraq gücləndirilməsindən, bu təminat növlərində təkcə son illər ərzində edilən artımlardan bəhs edib.
Əlil təşkilatlarının nümayəndələri sosial cəhətdən həssas qruplara göstərilən dövlət qayğısının daim artırılmasından razılıqla söz açaraq, dövlət başçısının ölkəmizin dinamik və hərtərəfli inkişafını uğurla təmin edən uğurlu sosial-iqtisadi siyasətinin eyni zamanda hər bir vətəndaşın, eləcə də hər bir əlil və şəhid ailəsinin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaratdığını vurğulayıblar. Tədbirlərdə iştirak edən yerli sakinlər müharibə əlilləri və şəhid ailələrinin daim güclənən dövlət qayğısı ilə əhatə olunmalarının, habelə yeni mənzillərlə təmin edilmələrinin ümumən cəmiyyətimizdə rəğbətlə qarşılandığını qeyd ediblər.
Yeni mənzillə təmin edilən müharibə əlilləri və şəhid ailələri mənzilə sahib olmağın hər bir ailənin firavan həyatı üçün ən vacib məsələlərdən biri olduğunu və onların istifadəsinə verilən bu gözəl, rahat mənzillərin də yaşayışlarına xeyli rahatlıq gətirdiyini qeyd edərək, belə böyük diqqət və qayğıya, sosial firavanlığın təminatı üçün aparılan fəal və uğurlu siyasətə görə Prezident cənab İlham Əliyevə daim minnətdar olduqlarını vurğulayıblar.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info