Muxtar Respublika Ali Məhkəməsinin hakimləri Naxçıvan Dövlət Universitetində
Tarix: 23.10.2015 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universitetində növbəti tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərininin universitetin hüquqşünaslıq ixtisasının tələbəri ilə görüşü universitetin Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyev açaraq muxtar respublikada təhsilin inkişafına, hüquqşünas kadrların hazırlanmasına, onların iş yerləri ilə təmin olunmasına göstərilən qayğıdan, sözügedən sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar hüquqşünası Əli Allahverdiyev təmsil etdiyi qurumun 2015-ci il 27 iyul tarixli sərəncamın icrası məqsədilə universitetlə birgə hazırladığı tədbirlər planı barədə geniş məlumat verib. Çıxışda Parlament seçkilərinin mahiyyəti və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Konstitusiya nəzarəti orqanı kimi səlahiyyətləri, Azərbaycan Parlamentinin qanunverici orqan kimi funksiyaları, vətəndaşların seçki hüququnun qorunması məqəsdilə ölkədə həyata keçirilən islahatlar, seçki qanunvericiliyini pozulması hallarına qarşı mübarizə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərin yekunlarının Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiq olunmasından bəhs olunub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Naxçıvan Muxtar Respublikasının əməkdar hüquqşünası Vüqar Quliyev məhkəmə sistemi müstəvisində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin statusu ilə bağlı çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin üçpilləli məhkəmə sistemi kimi daha mütərəqqi quruluş formasına malik olmasından, onun mülki, inzibati-iqtisadi, cinayət, hərbi kollegiyalarının struktur quruluşu və fəaliyyət prinsiplərindən danışıb. Tədbirin sonunda ali təhsil ocağı ilə əməkdaşlığın gələcək inkişafına xidmət edəcək təkliflər səsləndirilib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info