İsrail nümayəndəsi ölkəmizdə ilk özəl reabilitasiya mərkəzinin açılmasına yardım edəcək
Tarix: 23.10.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin, Azərbaycan – İsrail Beynəlxalq Tibb Mərkəzinin və Azərbaycan Respublikası Beynəlxalq Diaspora Mərkəzinin rəsmi dəvəti ilə oktyabrın 26-da İsraildən olan bəzi nümayəndələrin – İsrail Beynəlxalq Təhlükəsizlik Cəmiyyətinin və İsrail “Sefadi” adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri Mendi Safadi və Hərbi Əlillərin Qeyri-Yəhudi Sektorunun sədri Masalha Samirin Azərbaycana rəsmi səfəri nəzərdə tutulur. Bu səfər əsnasında iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, gələcəkdə yoxsulluğun aradan qaldırılması və əlilliyi olan insanların məşğulluq qabiliyyətinin qarşılanması məqsədiylə layihələrin ilkin araşdırılması, eyni zamanda əlilliyi olan insanların reabilitasiyası istiqamətində layihələrin müzakirəsi, eynilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər rəsmi dövlət mərkəzi icra orqanları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Mendi Safadinin ölkəmizə səfəri zamanı sədri olduğu Diplomatiya Akademiyasının Azərbaycanda regional nümayəndəliyinin açılması ilə bağlı tədbir keçiriləcək. Masalha Samirin ölkəmizə səfəri çərçivəsində “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi ilə “Hərbi Əlillərin Qeyri-Yəhudi Sektoru” arasında əməkdaşlıq müqaviləsinin imzalanması planlaşdırılır və Masalha Samir Azərbaycanda ilk özəl reabilitasiya mərkəzinin açılmasına yardım edəcək. Səfər boyu kütləvi informasiya vasitələrinə səfərin mahiyyəti və görülən işlər barəsində açıqlamalar verilməsi məqsədiylə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info