Pakistan mətbuatında Azərbaycanla bağlı məqalə
Tarix: 23.10.2015 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


İslamabadda çap edilən “Qlobal Affairs” jurnalında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun “Azərbaycan sülh və harmoniyanın vətənidir” sərlövhəli müsahibəsi dərc olunub.
Jurnalın baş redaktoru Çodri Şahzad Axtar və icraçı redaktoru xanım Fərəh Əzim Şah tərəfindən götürülmüş müsahibədə Azərbaycan-Pakistan münasibətləri, ölkəmizdəki multikulturalizm, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın inkişaf perspektivləri, elm və təhsil sahəsindəki uğurları, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu və digər məsələlər şərh edilir.
D.Şikarov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Səfir Pakistan Prezidenti Məmnun Hüseynin bu ilin martında Azərbaycana səfəri zamanı bir neçə müqavilənin imzalanmasını, biznes forumun keçirilməsini və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Hilal-e Pakistan” ordeni ilə təltif olunmasını ölkələrimiz arasındakı yaxşı münasibətlərin təzahürü kimi qiymətləndirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söhbət açan səfir deyib ki, ATƏT-in Minsk qrupu uzun illərdir problemin həllinə çalışsa da, Ermənistanın təcavüzkar siyasəti nəticəsində hələ də buna nail olunmayıb. O vurğulayıb ki, Pakistan bu məsələdə birmənalı olaraq Azərbaycanın haqq işini dəstəkləyir, işğalçılıq siyasətinə görə Ermənistanı bir dövlət kimi tanımır.
D. Şikarov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı haqqında da ətraflı məlumat verib. O, Azərbaycanın sürətlə inkişaf etdiyini və regionun aparıcı iqtisadi güclərindən biri olduğunu, ölkəmizdə enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun da gücləndirildiyini vurğulayıb.
Müsahibədə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında bəhs edilir, həmçinin Bakıda keçirilən ilk Avropa Oyunları barədə məlumat verilir. Bildirilir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi dünyada Azərbaycanın nüfuzunu daha da artırıb.
Səfir müsahibənin sonunda Pakistan investorlarını Azərbaycana sərmayə yatırmağa çağırıb
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info