Vüqar Əliyev: “Seçkilərdə medianın əsas vəzifəsi prosesləri obyektiv işıqlandırmaqdır”
Tarix: 23.10.2015 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Seçkilərdə medianın əsas vəzifəsi bütün prosesləri obyektiv şəkildə işıqlandırmaqdan ibarətdir.
“Secki-2015.az” saytı xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev Avropa Şurası tərəfindən Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Seçkilərin mediada işıqlandırılması” mövzusunda seminardakı çıxışında bildirib.
Vüqar Əliyev qeyd edib ki, beynəlxalq standartlara uyğun demokratik seçkilərin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş normadır. Bu günədək keçirilən seçkilərdə media böyük təcrübə toplayıb.
Bu gün Azərbaycanın istər elektron, istərsə də internet mediası həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni sahələri işıqlandıran 300-dən artıq fəal onlayn media mövcuddur. Bu gün Azərbaycanda sosial şəbəkələrdən çox geniş istifadə olunur. Artıq sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan artıqdır. Təbii ki, belə bir mühitdə Azərbaycanda demokratik seçkilərin keçirilməsi, cəmiyyətin bütün üzvlərinin bu prosesdə iştirakının təmin olunması üçün xüsusi səy göstərmək, hansısa tədbirlər keçirməyə ehtiyac qalmır. Bu, artıq formalaşmış bir normadır.
Şöbə müdirinin müavini deyib ki, Azərbaycanda sivil birgəyaşayış forması tətbiq olunur. İnsanların fikirlərinə baxsaq onlar özləri cəmiyyətdə çaxnaşmaların, qarşıdurmaların yaradılmasından, namizədlər haqqında kompromatların mediaya ötürülməsindən və digər məsələlərdən daha çox həmin namizədlərin seçki dövründə proqramlarının nədən ibarət olacağı, cəmiyyətin inkişafı ilə bağlı öz seçildikləri dairələrdən insanlara nə verə, nə təklif edə biləcəkləri ilə bağlı daha çox maraqlanırlar. Bu, bir daha onu təsdiq edir ki, Azərbaycanda insanları hansısa mənfi emosiyalar, sivil cəmiyyətə xas olmayan xüsusiyyətlər deyil, demokratik cəmiyyətlərdə mövcud olan ab-hava maraqlandırır.
Qeyd edilib ki, cəmiyyətdə baş verən hadisələr, o cümlədən seçki prosesi ilə bağlı həm seçicilərə, həm namizədlərə, eləcə də seçki prosesini izləyən digər insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu böyükdür. Əsas şərt ondan ibarətdir ki, media seçki prosesini tam obyektiv işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin.
Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyasında 40-dan artıq media orqanı qeydiyyatdan keçib. Onlayn mediada və sosial şəbəkələrdə seçki prosesi ilə əlaqədar gərgin müzakirələr keçirilir, namizədlər müxtəlif təbliğat vasitələrindən istifadə edirlər. MSK-nın fəaliyyəti də mediada obyektiv şəkildə işıqlandırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info