Amerikalı araşdırmaçı: “Ermənistan həmişə Naxçıvanı işğal etməyə çalışıb”
Tarix: 23.10.2015 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


“Etibarlı tarixi mənbələrə əsasən, Ermənistan rəsmiləri həmişə Naxçıvan Muxtar Respublikası üzərində nəzarət əldə etmək və nəticə etibarilə onu Azərbaycandan ayırmağa çalışıblar”.
“Eurasiareview.com” saytının verdiyi xəbərə görə, bu barədə amerikalı jurnalist və araşdırmaçı Peter Tase (Peter Tase)
“Naxçıvanın taleyi: Moskva və Qars müqavilələrinin təkrar pozulması” sərlövhəli məqaləsində yazıb. APA
Müəllif qeyd edir ki, 29 noyabr 1920-ci ildə Ermənistanda qurulan bolşevik hakimiyyəti Naxçıvan və Zəngəzuru Ermənistan ərazisinə birləşdirmək istəyirdi. Lakin Naxçıvan və Zəngəzurun mülki əhalisi bu qərarın əleyhinə çıxaraq kütləvi etirazlar təşkil edib.
Qars müqaviləsi imzalananda Naxçıvanın ərazisi 6 988 km2 olub, sonradan isə Naxçıvan torpaqlarının qeyri-qanuni şəkildə Ermənistana verilməsi nəticəsində 5 500 km2-ə qədər azalıb.
1921-ci ilin 16 martında imzalanan Moskva müqaviləsinə də toxunan Peter Case müqavilənin Azərbaycanın ərazi bütövlüyünü qoruduğuna və Naxçıvanın statusunu müəyyənləşdirdiyinə diqqət çəkib.
Peter Tase qeyd edir ki, Qars müqaviləsi imzalananda Naxçıvanın ərazisi 6 988 km2 olub, sonradan isə Naxçıvan torpaqlarının qeyri-qanuni şəkildə Ermənistana verilməsi nəticəsində 5 500 km2-ə qədər azalıb. Beləliklə, beynəlxalq müqavilələr birtərəfli qaydada pozulub.
Müəllif yazır ki, Moskva və Qars müqavilələri bu günədək hüquqi qüvvəsini saxlamaqla yanaşı, Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ərazilərinin ilhaqı 1969-cu il Vyana Konvensiyası, habelə 1975-ci il Helsinki Yekun Aktında müəyyən edilmiş beynəlxalq normalarla ziddiyyət təşkil edir.
“Dünyanın bir çox millətləri Azərbaycan Respublikasının suveren ərazisində son 27 ildə baş verən Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirərkən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazilərini faciəvi surətdə itirməsi barədə unudur. İrəvanda isə insanlar rejim tərəfindən təcrid şəraitində, çətin iqtisadi durumda yaşayırlar. Unutmamalıyıq ki, Naxçıvan bəşər sivilizasiyasının beşiyidir və dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir”, - deyə yazıda bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info