“Beynəlxalq ictimaiyyətin çağırışları işğalçı dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir”
Tarix: 23.10.2015 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) məzunlarının İrəvanda keçirilən forumunda çıxışına münasibət bildirib.
H. Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deyə Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğal və ilhaqını bir daha sübut edən 27 sentyabr 2015-ci il tarixli bəyanatını yəqin unutmayıb:
Güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib.
“Çıxışında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin mahiyyətini təhrif edən Ermənistan rəhbərliyinin yaddaşını təzələmək istərdik ki, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə dəstək və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiqlənərək, işğalçı qüvvələrin işğal altındakı bütün Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb olunur. Qətnamələrdə eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması və gücdən istifadə edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. ATƏT Minsk Qrupunun mandatına dair 23 mart 1995-ci il tarixli sənədə uyğun olaraq bu qətnamələr Minsk Qrupunun fəaliyyətinin əsasını təşkil etməlidir. Güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək məsələsi də Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrilib. Ermənistan Azərbaycana qarşı güc tətbiq edib və bunun nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunub. Beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək kimi çağırışının tələbləri işğalçılıq həyata keçirmiş dövlət kimi məhz Ermənistan tərəfindən icra edilməlidir. İşğal və təcavüzün nəticələri aradan qaldırılmadığı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu halda, güc tətbiq etmək və güc tətbiq edərək hədələməyi davam etdirən dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.
H. Hacıyevin sözlərinə görə, tarixə müraciət edən Ermənistan rəhbərliyi unutmamalıdır ki, arxeoloji, etnoqrafik və antropoloji baxımdan ermənilərin Cənubi Qafqazla heç bir əlaqəsi yoxdur: “Cənubi Qafqaza köç etdirilmiş ermənilər Rusiya imperiyasının süqutundan sonra Ermənistan adı altında tarixi Azərbaycan torpaqlarında özlərinə dövlətəbənzər bir təsisat yaratmışlar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info