Silahlı Qüvvələr və digər silahlı birləşmələrin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlib
Tarix: 23.10.2015 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətində cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə məruzə ilə çıxış edərək Heydər Əliyev dövlətçiliyinin qüdrətlənməsi və xalqımızın firəvanlığı naminə Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmizin bütün strateji inkişaf hədəflərinə nail olmasını, sosial və infrastruktur layihələrin müvəffəqiyyətlə icra edilməsini, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini qeyd edib.
Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayı sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə Ali Baş Komandanın tapşırıqlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olması bildirilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti koman¬dan¬lığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etməsi, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmilərilə tanış olması şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılanması xüsusi vurğulanıb.
Xidməti müşavirə zamanı Prezidentin DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər müşavirə iştirakçılarına çatdırılıb, DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info