Yaşı 100-ü ötmüş əmək pensiyaçılarına hədiyyələr verilib
Tarix: 09.02.2013 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yaşı 100-ü ötmüş bir qrup əmək pensiyaçısı ilə görüş keçirilib. Bu barədə fonddan bildirilib.
Pensiyaçıları salamlayan DSMF sədri Səlim Müslümov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin həssas təbəqəsi olan pensiyaçılara dövlət qayğısı ilbəil yüksəlib.“2012-ci ildə də ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gercəkləşdirilib” deyən S.Müslümov vurğulayıb ki, əmək pensiyalarının orta aylıq məbləği 2012-ci ilin əvvəlinə nisbətən 4,5 faiz artaraq 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edir. Görüşdə iştirak edən pensiyaçıların əmək fəaliyyətləri dövründə respublikamızın ayrı-ayrı sahələrinin inkişafına xüsusi xidmətlər göstərdiyini, onların keçdiyi həyat yolunun gənc nəsil üçün örnək olduğunu bildirən S.Müslümov onlara can sağlığı arzulayaraq, ən xoş arzularını çatdırıb.
Öz növbəsində pensiyaçılar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini vurğulayıblar. Bildirilib ki, son illər əmək pensiyaçılarının sosial müdafiəsi istiqamətində də mühüm addımlar atılıb və görülən tədbirlər pensiyaların artımına gətirib çıxarıb.
Görüşdə S.Müslümov pensiyaçıları maraqlandıran məsələlərə aydınlıq gətirib və yaxın gələcəkdə nəzərdə tutulan islahat tədbirləri barədə məlumat verib. Sonda pensiyaçılara xatirə hədiyyələri təqdim olunub.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info