Səfəvilərin Qusar rayonundakı yadigarı - “Şeyx Cüneyd” türbəsi
Tarix: 23.10.2015 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Qusardakı tarixi abidələr arasında turistlərin ən çox diqqətini çəkən XVI əsrdə tikilən və Səfəvilərin yadigarı olan “Şeyx Cüneyd” türbəsidir. Ronun Həzrə kəndində yerləşən türbə yay istirahət mövsümündə çoxsaylı yerli və əcnəbi turistin ziyarət yerinə çevrilir. Rayona gələn əksər qonaqların bu tarixi abidəni görmək istəyi nəzərə alınaraq türbəyə səyahət əsas turizm marşrutlarına salınıb.
Türbədə dəfn olunan Şeyx Cüneyd Səfəvi şeyxlərindən biridir. Şeyx Cüneyd XV əsrdə Şirvana hərbi yürüşü zamanı Şirvanşahlar tərəfindən öldürülüb və Həzrə kəndində dəfn edilib. Məzar üzərində türbə 1544-cü ildə tikilib. Tarixi mənbələrdə Şeyx Cüneydin Şah İsmayıl Xətainin babası olduğu göstərilir. Həzrə kəndindəki türbə də məhz Şah İsmayıl Xətainin göstərişi ilə inşa olunub. Sonradan şeyxin nəşinin qalıqları çıxarılaraq Ərdəbil şəhərinə aparılıb. Türbədən bir zamanlar məscid kimi də istifadə edilib.
Tarixi abidənin nəzarətçisi Məhbubə Kərimova bildirib ki, bişmiş kərpicdən inşa edilən türbə binası daxildən və xaricdən düzbucaqlı plana malikdir. Türbənin üzəri böyük günbəzlə örtülüb. Əvvəllər bu günbəz başqa formaya malik olub. Sonradan ona bitişik məscid tikilməsi və damının yenilənməsi nəticəsində türbə öz əvvəlki görkəmini dəyişib. Abidənin qərb qapısı üzərində yeddi sətirdən ibarət, ərəb dilində nəsx xətti ilə kitabə həkk olunub.
Türbənin interyerinin tarixi görkəmi qorunub saxlanılıb. Burada günbəzə keçid təşkil edən stalaktitlər diqqəti cəlb edir. Türbənin daxili divarları iki metrə qədər bənövşəyi və firuzəyi kaşı ilə örtülüdür. Şeyx Cüneydin məzarı üzərindəki sənduqə bərk ağacdan nəfis işlənmiş şəbəkəli çərçivə içərisinə alınaraq, üzərində mənbər qoyulub.
Beş yüz ilə yaxın yaşı olan türbə keçmiş sovetlər dövründə müxtəlif məqsədlər üçün istifadə edilib. Müstəqillik dövründə isə tarixi məbədə diqqət yenidən artırılıb, türbə təmir olunaraq ətrafı abadlaşdırılıb.
Məhbubə Kərimova bildirib ki, son zamanlar tarixi abidəni məktəblilər tez-tez ziyarət edir. Tarix dərslərinin proqramına uyğun olaraq şagirdlər “Şeyx Cüneyd” türbəsi ilə əyani tanış olurlar
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info