AFFA Lomayanın cəzasını yüngülləşdirdi
Tarix: 24.10.2015 | Saat: 01:31:00 | E-mail | Çapa göndər


AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda “Bakılı”, “İnter” və “Neftçi” klublarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
AFFA-nın İntizam Komitəsinin “Bakılı” klubu barədə çıxardığı qərar (“Göyəzən” - “Neftçi” oyunu ilə bağlı texniki məğlubiyyət) qüvvədə saxlanılıb. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb, Apelyasiya və Ekspert Komitəsinə məlumat verilib. “İnter” klubunun futbolçusu Zurab Xizanişvili (4 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılıb. “İnter”in futbolçusu Giorgi Lomaya barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilib. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunub. 6 aylıq sınaq müddəti ərzində futbolçu analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. “Neftçi” klubunun futbolçusu Fəhmin Muradbəyli (2 oyunluq kənarlaşdırma) barədə İntizam Komitəsinin çıxardığı qərar qüvvəsində saxlanılıb.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“PSJ“ Neymarı “Barselona“ya satmaqdan imtina edib
27.06.2019
“Atletiko“ Feliş üçün “Benfika“ya 126 milyon avro təklif edib
26.06.2019
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26.06.2019
“Minsk 2019”: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info